Tenqri
Ana Səhifə
İqtisadiyyat

Ağcabədidə kənd təsərrüfatı sahəsində yeni dövlət proqramı müzakirə olunub (FOTO)

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. Trend-in Qarabağ bürosunun məlumatına görə, Ağcabədi rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycanın Qarabağ iqtisadi rayo

0 baxıştrend.az
Ağcabədidə kənd təsərrüfatı sahəsində yeni dövlət proqramı müzakirə olunub (FOTO)
Paylaş:

AĞCABƏDİ, Azərbaycan, 16 iyun. Trend-in Qarabağ bürosunun məlumatına görə, Ağcabədi rayonunda "Azərbaycan Respublikasında kənd təsərrüfatı istehsalının və emalının, balıqçılığın və akvakulturanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində Azərbaycanın Qarabağ iqtisadi rayonu üzrə regional məsləhətləşmə keçirilir Tədbir Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə 2026-cı il mayın 25-də keçirilmiş kənd təsərrüfatı müşavirəsində müəyyən edilmiş direktivlərin icrası, dövlət proqramında nəzərdə tutulmuş tədbirlərin regionlar üzrə əlaqələndirilmiş, çevik və səmərəli icrasını təmin etmək məqsədilə təşkil olunub Müşavirədə müvafiq dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli və Tərtər rayonlarının fermerləri iştirak ediblər Məsləhətləşmələr zamanı iştirakçılar dövlət proqramının əsas məqsəd və prioritetləri, o cümlədən aqrar sektorda yeni tətbiq edilən dəstək mexanizmləri, su və torpaq ehtiyatlarından səmərəli istifadə, aqrar emal və logistika infrastrukturunun inkişafı, fermerlərin müasir kənd təsərrüfatı xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi tədbirləri və digər aktual mövzuları araşdırıblar Tədbirdə dövlət proqramının əsas məqsədləri, kənd təsərrüfatı istehsalının inkişafı, emal sənayesinin genişləndirilməsi, balıqçılıq və akvakultura sahələrində perspektivlər, o cümlədən regionlarda həyata keçiriləcək tədbirlər müzakirə olunur

Kaynak: trend.az

Diğer Haberler