Azərbaycanlılar bu gündən Maldiv adalarına vizasız giriş əldə edirlər
BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və Maldiv adaları bu gündən etibarən qarşılıqlı vizasız gediş-gəliş rejimi tətbiq ediblər, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə Nazirlikdən bildirilib ki, Azərbaycan və Maldiv adaları hökumətləri arasında 2025-ci il sentyabrın 24-də Nyu-Yo

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan və Maldiv adaları bu gündən etibarən qarşılıqlı vizasız gediş-gəliş rejimi tətbiq ediblər, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə Nazirlikdən bildirilib ki, Azərbaycan və Maldiv adaları hökumətləri arasında 2025-ci il sentyabrın 24-də Nyu-Yorkda imzalanmış adi pasport sahiblərinin viza tələblərindən qarşılıqlı azad edilməsi haqqında sazişin qüvvəyə minməsi üçün bütün zəruri dövlətdaxili prosedurlar başa çatıb Sazişin müvafiq müddəalarına uyğun olaraq, sənəd 29 aprel 2026-cı il tarixindən qüvvəyə minir Müqaviləyə əsasən, etibarlı ümumvətəndaş pasportlarına malik Azərbaycan vətəndaşları və etibarlı ümumvətəndaş pasportu olan Maldiv adaları vətəndaşları digər ölkənin ərazisinə giriş, çıxış və ya tranzit keçmək, habelə ölkəyə giriş tarixindən 90 gündən çox olmayan müddət üçün viza tələblərindən azaddırlar


