Azərbaycan Prezidentinin köməkçisi müstəmləkəçiliyin Qlobal Cənuba təsirini vurğulayır
BAKI, Azərbaycan, 14 may. Qlobal Cənub ölkələri müstəmləkəçilikdən böyük əziyyət çəkib. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib O, bu sözləri “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub

BAKI, Azərbaycan, 14 may. Qlobal Cənub ölkələri müstəmləkəçilikdən böyük əziyyət çəkib. Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib O, bu sözləri “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının 1-ci Baş Assambleyasında çıxışı zamanı deyib Onun sözlərinə görə, neokolonializm elementləri bu gün də özünü göstərməkdə davam edir "Bu, bəşəriyyətin üzündəki çapıqdır. Amma təəssüflə qeyd edirik ki, bu praktika bu gün də qlobal səhnədə yeni forma və təzahürlər alaraq davam etməkdədir", - deyə o bildirib Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə neokolonializmlə mübarizə Bakının əsas prioritetlərindən biri olub O, həmçinin Azərbaycanın Qlobal Cənub ölkələri ilə həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə hərtərəfli əməkdaşlığı dəstəklədiyini və bu qarşılıqlı fəaliyyətin müxtəlif sahələrdə inkişaf etməkdə davam etdiyini vurğulayıb


