Milli Məclis “Məcburi köçkünlər haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib
BAKI, Azərbaycan, 12 iyun. Milli Məclisin bu gün keçirilən iclasında “Məcburi köçkünlər haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mənzillə təmin edilməsi, onların mülkiyyət hüquqlarının bərpası və məcburi köçkün statusunu itirmiş şə

BAKI, Azərbaycan, 12 iyun. Milli Məclisin bu gün keçirilən iclasında “Məcburi köçkünlər haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib İşğaldan azad edilmiş ərazilərdə məcburi köçkünlərin mənzillə təmin edilməsi, onların mülkiyyət hüquqlarının bərpası və məcburi köçkün statusunu itirmiş şəxslərin hüquqlarının bərpası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsini nəzərdə tutan yeni qanun layihəsi hazırlanıb Qanun layihəsi parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb Layihəyə əsasən, Mənzil Məcəlləsinə edilən dəyişikliklər nəticəsində yeni “İşğaldan azad edilmiş ərazilərdə daimi məskunlaşma fondu” yaradılacaq. Bu fonda daxil olan yaşayış massivləri məcburi köçkünlərin öz doğma yurdlarına köçürülməsi və bu mənzillərin onların mülkiyyətinə verilməsi üçün istifadə olunacaqdır “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna təklif olunan dəyişikliklərdə məcburi köçkün statusunun itirilməsi halları da göstərilib. Yeni qaydalara əsasən, şəxsə əvvəlki yaşayış yerinin əvəzinə yaşadığı rayon üzrə müəyyən edilmiş ölçülərə uyğun olaraq başqa yaşayış sahəsi verildikdən sonra onun mülkiyyət hüquqları tam bərpa edilmiş hesab ediləcək Layihəyə görə, dövlətin təklif etdiyi mənzilləri qəbul etməyən şəxslər də məcburi köçkün statusunu itirəcəklər Sənəddə sosial müdafiə tədbirlərinin tətbiqi müddəti də dəqiqləşdirilib. Belə ki, mövcud qanunvericilikdə nəzərdə tutulmuş 3 illik güzəşt müddəti həmin şəxsin məcburi köçkün statusunu itirdiyi və ya təklif olunan mənzildən imtina etdiyi tarixdən hesablanacaq Bundan əlavə, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə məcburi köçkünlərin köçürülməsi mexanizmi yenilənir Yeni yanaşmaya görə, vətəndaşa yaşayış yeri təklif edilməklə dövlətin öhdəliyi yerinə yetirilmiş sayılacaq Dəyişikliklərin məcburi köçkünlərin mənzil hüquqları ilə üçüncü şəxslərin qanuni maraqları arasında tarazlığın təmin edilməsinə xidmət etdiyi bildirilir Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib


