Azərbaycan parlamentində Latviya nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)
BAKI, Azərbaycan, 19 may. Azərbaycan Milli Məclisinin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Latviya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri
BAKI, Azərbaycan, 19 may. Azərbaycan Milli Məclisinin Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri BMT-nin Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak etmək üçün bu ölkədə səfərdə olan Latviya Parlamentinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Oleq Burovs ilə görüşüblər Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov WUF13 forumunun əhəmiyyətindən danışıb, belə tədbirlərin qlobal çağırışların müzakirəsi, davamlı inkişaf və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib Bildirilib ki, Azərbaycan ilə Latviya arasında mövcud dostluq əlaqələrinin inkişafında parlament diplomatiyasının xüsusi rolu var. O, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Latviyaya səfərini xatırladıb, belə qarşılıqlı səfərlərin parlamentlərarası əlaqələrin dərinləşməsinə, təcrübə mübadiləsinə və siyasi dialoqun genişləndirilməsinə mühüm töhfə verdiyini bildirib Eyni zamanda, Burovs forumun Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu vurğulayaraq, beynəlxalq əməkdaşlığın təşviqi və aktual urbanizasiya məsələlərinin müzakirəsi baxımından tədbirin əhəmiyyətini qeyd edib. O, Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını deyib, Latviya Prezidentinin ötən ay Azərbaycana səfərini və yüksək səviyyəli görüşləri məmnunluqla xatırlayıb İclasda Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Azər Allahverənov və Sevil Mikayılova çıxış ediblər. Çıxışlarda Azərbaycan-Latviya əlaqələrinin diplomatik, siyasi, iqtisadi və humanitar aspektlərdə inkişaf perspektivləri, parlamentlərarası əməkdaşlığın əhəmiyyəti, eləcə də qarşılıqlı səfərlərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfəsi müzakirə edilib Görüşdə Latviya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elçin Mirzəbəyli və digər rəsmi şəxslər iştirak ediblər Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


