Milli Məclisdə Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib (FOTO)
BAKI, Azərbaycan, 19 may. Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin üzvləri mayın 19-da 13-cü Dünya Urban Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin İctimai əlaqələr, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun
BAKI, Azərbaycan, 19 may. Azərbaycan Milli Məclisinin Regional məsələlər komitəsinin üzvləri mayın 19-da 13-cü Dünya Urban Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin İctimai əlaqələr, şəhərsalma, nəqliyyat və turizm komitəsinin sədri Adil Karaismailoğlunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ortaq tarix, milli-mənəvi dəyərlər, sarsılmaz qardaşlıq prinsipləri üzərində qurulduğunu bildirib. Bildirilib ki, dövlət başçıları arasında yüksək səviyyəli münasibətlər bütün sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına mühüm təkan verir. Komitə sədri, həmçinin 44 günlük İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin xalqlarımız tərəfindən hər zaman yüksək qiymətləndirildiyini vurğulayaraq, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin bütün dünyaya nümunə olduğunu qeyd edib Bu yaxınlarda Bakıda keçirilən WUF13 sərgisinin əhəmiyyətindən danışan Siyavuş Novruzov Türkiyənin şəhərsalma və regional inkişaf sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edib və bu sahədə təcrübə mübadiləsinin vacibliyini vurğulayıb Türkiyə Milli Məclisinin İctimaiyyətlə Əlaqələr, Şəhərsalma, Nəqliyyat və Turizm Komitəsinin sədri Adil Karaismailoğlu göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib və “bir millət, iki dövlət” prinsipinin Azərbaycan ilə Türkiyə arasında münasibətlərin əsasını təşkil etdiyini vurğulayıb. Bakıda keçirilən WUF13 tədbirinin yüksək səviyyədə təşkil olunduğunu qeyd edən qonaq Azərbaycanın ev sahibliyi etdiyi belə mötəbər beynəlxalq tədbirlərin ölkəmizin artan nüfuzunun və beynəlxalq əməkdaşlığa verdiyi önəmin göstəricisi olduğunu bildirib Qarabağda və Şərqi Zəngəzurda aparılan yenidənqurma və müasir şəhərsalma işlərini yüksək qiymətləndirən komitə sədri Zəngəzur dəhlizi və Orta dəhlizin əhəmiyyətinə də toxunub və bu layihələrin region ölkələri arasında əlaqələrin daha da genişlənməsinə töhfə verdiyini bildirib İclasda çıxış edən Regional məsələlər komitəsinin sədr müavini Nurlan Həsənov; Milli Məclisin deputatları Elman Məmmədov, Kamran Bayramov və Vasif Qafarov; Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım; həmçinin Böyük Millət Məclisinin deputatları Cem Avşar, Hüseyn Yıldız, Hulusi Şentürk və Mərvan Gül Azərbaycan-Türkiyə münasibətlərinin qardaşlıq və strateji müttəfiqlik prinsipləri əsasında inkişaf etdiyini vurğulamış, parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyindən danışmışlar Bu arada Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


