Azərbaycan Milli Məclisinin Komissiyası CNN-dən ölkəyə qarşı iddialar üçün sübut tələb edir
BAKI, Azərbaycan, 5 iyun. 4 may. Azərbaycan Milli Məclisinin Xarici Müdaxilə və Hibrid Təhdidlərə Qarşı Müvəqqəti Komissiyası bəyanat yayaraq CNN telekanalından əsassız iddialarını sübut etməyi tələb edib Bəyanatda qeyd olunub ki, komissiya CNN transmilli media şirkətini Azərbaycana qarşı törədilə

BAKI, Azərbaycan, 5 iyun. 4 may. Azərbaycan Milli Məclisinin Xarici Müdaxilə və Hibrid Təhdidlərə Qarşı Müvəqqəti Komissiyası bəyanat yayaraq CNN telekanalından əsassız iddialarını sübut etməyi tələb edib Bəyanatda qeyd olunub ki, komissiya CNN transmilli media şirkətini Azərbaycana qarşı törədilən informasiya təxribatının əsassızlığına aydınlıq gətirməyə və ya “İsrail İran müharibəsi zamanı region boyu məxfi şəbəkənin tərkib hissəsi kimi Azərbaycana qoşun yeridib” sərlövhəli məqalədə irəli sürülən iddialarını sübut etmək üçün ictimaiyyətə faktlar təqdim etməyə çağırır “Xarici Müdaxilə və Hibrid Təhdidlərə Qarşı Komissiya bildirir ki, bu məlumat Yaxın Şərqdə sülh prosesinə, eləcə də Azərbaycanın milli maraqlarına və beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi ilə yayılıb və əlaqələndirilmiş dezinformasiya kampaniyasının bir hissəsini təşkil edir Qeyd edək ki, bu, mühüm diplomatik və siyasi hadisələr, böyük beynəlxalq toplantılar və ya proseslər ərəfəsində CNN və ona bənzər KİV-lərin Azərbaycana qarşı məqsədyönlü məlumat kampaniyası aparması ilk hal deyil Komissiya tərəfindən aparılan monitorinqlər müəyyən edib ki, bu məqalənin dərcindən dərhal sonra “fürsətçi gücləndirmə” taktikası nəticəsində anti-Azərbaycan povesti dünyanın əksər tanınmış KİV-lərində, həmçinin X, Threads, Facebook və Telegram da daxil olmaqla sosial media platformalarında sürətlə yayılıb və bununla da genişmiqyaslı kampaniya xarakteri daşıyıb Müəlliflərin hekayəni davamlı olaraq anti-Azərbaycan mövqeləri ilə tanınan və əvvəllər Soros Fondu tərəfindən maliyyələşdirilən media layihələrində fəallıq göstərən bir şəxsə müraciət etməklə yekunlaşdırması bu məsələnin mənşəyi barədə fikir söyləmək üçün əsaslı əsas verir Aidiyyəti dövlət qurumlarımızın dəfələrlə qeyd etdiyi kimi, ölkəmizdə heç bir xarici hərbi qüvvə (qoşun) və ya baza yoxdur və Azərbaycan ərazisindən üçüncü dövlətlərə qarşı yönəlmiş hər hansı düşmənçilik fəaliyyəti üçün istifadə qəti qadağandır Xarici Müdaxilə və Hibrid Təhdidlərə Qarşı Komissiya CNN-i ya bu maddənin əsassızlığını etiraf edən ictimai açıqlama verməyə, ya da iddialarını əsaslandıran yoxlanıla bilən faktları təqdim etməyə çağırır Bunu etmədikdə, CNN yoxlanılmamış və anonim mənbələrə əsaslanan geniş beynəlxalq əhatəli materialları yaymaqla, hibrid təhdidlərin əsas komponentləri kimi tanınan informasiya əməliyyatları, yalan hekayələr və dezinformasiya kampaniyalarında alət rolunu bir daha təsdiqləyəcək”, - bəyanatda deyilir
Diğer Haberler

XİN: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib, Azərbaycan ərazisindən üçüncü dövlətə qarşı fəaliyyət iddiaları əsassızdır

Nazir: Xəzərin səviyyəsinin azalması regionun ekosisteminə mənfi təsir göstərir
