Azərbaycan rəsmisi Xankəndi şəhərinin əhalisini açıqlayıb
BAKI, Azərbaycan, 19 may. Hazırda Xankəndi şəhərinin əhalisinin sayı 24 minə yaxındır Bunu Bakıda keçirilən tədbirdə çıxış edən Yusubov “Münaqişədən sonrakı şəhər inkişafı: məhv edilmiş şəxsiyyətin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən sessiyada deyib 1

BAKI, Azərbaycan, 19 may. Hazırda Xankəndi şəhərinin əhalisinin sayı 24 minə yaxındır Bunu Bakıda keçirilən tədbirdə çıxış edən Yusubov “Münaqişədən sonrakı şəhər inkişafı: məhv edilmiş şəxsiyyətin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən sessiyada deyib 17-22 may tarixlərində Bakıda BMT-Habitat və Azərbaycan Hökuməti ilə birgə 13-cü Ümumdünya Şəhər Forumu keçirilir Forum “Hamı üçün mənzil: təhlükəsiz və davamlı şəhərlər və insan məskənləri” mövzusu altında mənzil və davamlı şəhər inkişafı müzakirə etmək üçün siyasətçiləri, ekspertləri, vətəndaş cəmiyyəti nümayəndələrini və beynəlxalq tərəfdaşları bir araya gətirir Onun proqramı yüksək səviyyəli müzakirələr və yerli təcrübəni siyasətin işlənib hazırlanmasına daxil etməklə şəhər problemləri üzrə qlobal fəaliyyəti sürətləndirməyə yönəlmiş praktiki, həll yönümlü formatları özündə əks etdirir Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


