Azərbaycan XİN Ağdaban faciəsinin 33-cü ildönümü ilə bağlı paylaşım edib
BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən biri olan Ağdaban qırğınının 33-cü ildönümünə həsr olunmuş yazı dərc olunub “Ermənistanın azərbaycanlılara qarşı tör

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində Ermənistanın azərbaycanlılara qarşı törətdiyi dəhşətli cinayətlərdən biri olan Ağdaban qırğınının 33-cü ildönümünə həsr olunmuş yazı dərc olunub “Ermənistanın azərbaycanlılara qarşı törətdiyi çoxsaylı ağır və amansız hərbi cinayətlərdən biri olan Ağdaban qırğınından 34 il keçir 1992-ci ildə Kəlbəcərin 130 evdən ibarət Ağdaban kəndi erməni silahlı dəstələri tərəfindən tamamilə dağıdılmış, qəsəbə tamamilə viran qalmışdır Ümumilikdə 779 mülki şəxs ağır işgəncələrə məruz qalıb, 67 nəfər isə müstəsna amansızlıqla vəhşicəsinə qətlə yetirilib Bu faciə Azərbaycan xalqına qarşı törədilmiş ağır cinayətlərin acı nümunələrindən biri kimi tarixdə qalıb Ağdaban qurbanlarının xatirəsini dərin hüzn və ehtiramla yad edirik Allah bütün şəhidlərimizə rəhmət eləsin”, - nəşrdə deyilir

