Azərbaycan cüdoçuları Avropa kubokunun ilk günündə beş medal qazanıblar
BAKI, Azərbaycan, 10 may. Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku yarışlarına start verilib İlk yarış günündə Azərbaycan komandası ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb 66 kiloqram çəki dərəcəsində üç medal qazanılıb. İslam Rəhimov bütün rəqiblərinə q

BAKI, Azərbaycan, 10 may. Gürcüstanın Qori şəhərində böyüklər arasında cüdo üzrə Avropa kuboku yarışlarına start verilib İlk yarış günündə Azərbaycan komandası ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb 66 kiloqram çəki dərəcəsində üç medal qazanılıb. İslam Rəhimov bütün rəqiblərinə qalib gələrək qızıl medala sahib olub. Elşən Əsədov ikinci yeri və gümüş, Nizami İmranov isə bürünc medal qazanıb. Digər bürünc medalları isə Babaraqim Mirzəyev (60 kq) və Rüfət Şövlatov (73 kq) qazanıblar Sabah başa çatacaq beynəlxalq turnirdə Azərbaycan medal keyfiyyətinə görə 18 ölkə arasında ikinci yerdədir


