Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və İran XİN rəhbərləri ABŞ ilə əldə olunan atəşkəs razılaşması ilə bağlı fikir mübadiləsi aparıblar

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı keçirib, regionda mövcud təhlükəsizlik vəziyyəti və ABŞ-la əldə olunmuş atəşkəs barədə müzakirələr aparıb Nazir Bayramov elan edilmiş atəşkəs rejimini alqışlayaraq, on

0 baxıştrend.az
Azərbaycan və İran XİN rəhbərləri ABŞ ilə əldə olunan atəşkəs razılaşması ilə bağlı fikir mübadiləsi aparıblar
Paylaş:

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı keçirib, regionda mövcud təhlükəsizlik vəziyyəti və ABŞ-la əldə olunmuş atəşkəs barədə müzakirələr aparıb Nazir Bayramov elan edilmiş atəşkəs rejimini alqışlayaraq, onun gərginliyin azaldılması, uğurlu danışıqların təmin edilməsi və sabitliyin bərqərar olması baxımından əhəmiyyətini vurğulayıb Atəşkəsin əldə olunmasında vasitəçi ölkələrin, xüsusilə dost və qardaş Pakistanın rolu da yüksək qiymətləndirilib Bayramov atəşkəs rejiminə riayət olunmasının vacibliyini vurğulayaraq, vəziyyətin diplomatik yollarla həllinin vacibliyini vurğulayıb, İslamabadda keçiriləcək danışıqların nəticəyönümlü və məhsuldar olacağına ümid etdiyini bildirib O, həmçinin Azərbaycanın regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazır olduğunu bir daha vurğulayıb Nazirlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler