Azərbaycan gimnastları Dünya Kubokunun finalına yüksəliblər (FOTO)
BAKI, Azərbaycan, 7 iyun. Akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günündə idmançılar növbəti təsnifat çıxışlarını ediblər Günün proqramı çərçivəsində akrobatik gimnastikada kişi qrupları, qadın cütlükləri və kişi cütləri dinamik hərəkətlərdə, qadın qrupları və qarışıq

BAKI, Azərbaycan, 7 iyun. Akrobatika və aerobika gimnastikası üzrə Dünya Kubokunun ikinci yarış günündə idmançılar növbəti təsnifat çıxışlarını ediblər Günün proqramı çərçivəsində akrobatik gimnastikada kişi qrupları, qadın cütlükləri və kişi cütləri dinamik hərəkətlərdə, qadın qrupları və qarışıq cütlüklər isə tarazlıq hərəkətlərində yarışıblar Aerobika gimnastikasında fərdi, üçlük və qrup yarışlarında təsnifat mərhələsi keçirilib və nəticələrə əsasən finalçılar müəyyən edilib Akrobatika gimnastikasında Azərbaycanı təmsil edən Anahita Bəşiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadınlar qrupu 57.370 xal toplayaraq finala yüksəlib. Kişilər arasında Seymur Cəfərov və Rəsul Seyidli cütlüyü də 54.300 xalla finala vəsiqə qazanıb Aerobika gimnastikasında qarışıq cütlük Mədinə Mustafayeva və Vladimir Dolmatov 18,550 xalla finala yüksəlib. Üçlük yarışında Leyla Becanova, Arzu Ağayeva və Xədicə Quliyeva 17.088 bal toplayaraq final mərhələsinə yüksəliblər Yarışın son günündə idmançılar final çıxışlarında medallar uğrunda mübarizə aparacaqlar
