Sərbəst güləş üzrə Azərbaycan yığması 6-cı dəfə Avropa çempionu olub
BAKI, Azərbaycan, 27 aprel. Albaniyanın paytaxtı Tiranada keçirilən sərbəst güləş üzrə Avropa çempionatına yekun vurulub Yunan-Roma güləşi üzrə yığma komandanın ardınca sərbəst güləş üzrə Azərbaycan yığması Avropa çempionatını fəth edib. Üç qızıl, iki gümüş və bir bürünc medal qazanan Azərbaycan k

BAKI, Azərbaycan, 27 aprel. Albaniyanın paytaxtı Tiranada keçirilən sərbəst güləş üzrə Avropa çempionatına yekun vurulub Yunan-Roma güləşi üzrə yığma komandanın ardınca sərbəst güləş üzrə Azərbaycan yığması Avropa çempionatını fəth edib. Üç qızıl, iki gümüş və bir bürünc medal qazanan Azərbaycan komandası 152 xal toplayaraq altıncı dəfə Avropa çempionu olub. Komanda ikinci yeri tutan Gürcüstanı 58 xal qabaqlayıb. Ermənistan 73 xalla üçüncü yerdə qərarlaşıb Bundan əvvəl Azərbaycan 2009, 2017, 2022, 2023 və 2025-ci illərdə bu güləş növü üzrə qitənin ən güclü ölkəsi olub Azərbaycan komandası son 17 ilin ən yaxşı medalını Albaniyada qazanıb. Üç qızıl, iki gümüş və bir bürünc medal komandanın 2009-cu ildən bəri Avropa çempionatında sərbəst güləş üzrə ən yaxşı nəticəsidir İslam Bazarqanov (57 kiloqram), Əli Tsokaev (92 kiloqram), Giorgi Meşvildişvili (125 kiloqram) Tiranada Avropa çempionu olublar. Turan Bayramov (74 kiloqram) və Arseni Coyev (86 kiloqram) gümüş, Cəbrayıl Hacıyev (79 kiloqram) isə bürünc medal qazanıblar Beləliklə, Azərbaycan 2022 və 2025-ci illərdə olduğu kimi həm yunan-Roma, həm də sərbəst güləş üzrə Avropa çempionu olmaqla ikiqat uğur qazanıb


