Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və İran arasında elan olunmuş atəşkəs rejimini alqışlayıb
BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında elan olunmuş atəşkəs rejimi ilə bağlı bəyanat yayıb “Biz Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında elan edilmiş atəşkəs rejimini alqışlayırıq Bi

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında elan olunmuş atəşkəs rejimi ilə bağlı bəyanat yayıb “Biz Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında elan edilmiş atəşkəs rejimini alqışlayırıq Biz bu atəşkəsin əldə edilməsində vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk Ümid edirik ki, atəşkəs regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək Biz tərəfləri mövcud problemlərin həllinə və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş konstruktiv dialoqa çağırırıq Azərbaycan regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır”, - bəyanatda deyilir

