Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanın xarici işlər naziri UNEP-in icraçı direktoru İnger Andersen ilə görüşüb (FOTO)

BAKI, Azərbaycan, 5 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen ilə ekoloji əməkdaşlıq, iqlim fəaliyyəti və davamlı inkişaf məsələlərini müzakirə etmək üçün görüşüb. Trend -in XİN-ə isti

0 baxıştrend.az
Azərbaycanın xarici işlər naziri UNEP-in icraçı direktoru İnger Andersen ilə görüşüb (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 5 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen ilə ekoloji əməkdaşlıq, iqlim fəaliyyəti və davamlı inkişaf məsələlərini müzakirə etmək üçün görüşüb. Trend -in XİN-ə istinadən verdiyi məlumata görə Görüşdə Azərbaycan ilə UNEP arasında əməkdaşlıq, o cümlədən ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, biomüxtəlifliyin qorunması və davamlı inkişaf üzrə fikir mübadiləsi aparılıb Bayramov Andersenə Azərbaycanın qlobal iqlim fəaliyyətinə verdiyi töhfələr, ölkənin ev sahibliyi etdiyi COP29-un nəticələri, yaşıl enerjiyə keçid və ətraf mühitin qorunmasına yönəlmiş təşəbbüslər barədə məlumat verib Andersen Azərbaycanın qlobal iqlim gündəliyinin, beynəlxalq əməkdaşlığın və çoxtərəfli ekoloji səylərin təşviqində rolunu yüksək qiymətləndirib Tərəflər COP29 irsinin inkişaf etdirilməsi, iqlimin maliyyələşdirilməsi, davamlı şəhərlər, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və biomüxtəlifliyin qorunması sahəsində əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin Azərbaycan ilə UNEP arasında birgə layihələrin və praktiki əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb Görüşdə, həmçinin Azərbaycanın 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi və bu istiqamətdə əməkdaşlıq perspektivləri müzakirə olunub V.Bayramov Azərbaycanın əvvəllər işğal olunmuş ərazilərində irimiqyaslı meşələrin qırılması, təbii sərvətlərin qeyri-qanuni istismarı, su ehtiyatlarının çirklənməsi və ekoloji tarazlığın pozulması da daxil olmaqla, ətraf mühitə dəymiş külli miqdarda ziyanı xüsusi qeyd edib. O, həmçinin minaların insanların təhlükəsizliyinə, ətraf mühitə və yenidənqurma işlərinə təsirinə diqqət çəkib Nazir daha sonra Xəzər dənizinin su səviyyəsinin azalması ilə bağlı narahatlığını bildirib, onun ekosistemlərə, biomüxtəlifliyə, sahilyanı ərazilərə və regional iqtisadi fəaliyyətə mənfi təsirlərini qeyd edib. O, regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, elmi əsaslı yanaşmaların tətbiqinin və problemin həlli üçün səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb Tərəflər həmçinin UNEP-in “Xəzər dənizinin səviyyəsinin dəyişməsi və iqlim dəyişikliyi” adlı hesabatının əhəmiyyətini qeyd ediblər Görüş qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi ilə yekunlaşıb

Kaynak: trend.az

Diğer Haberler