Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycanın xarici işlər naziri Tokioda Dostluq Liqasının üzvləri ilə görüşüb (FOTO)

BAKI, Azərbaycan, 10 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb Görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin

0 baxıştrend.az
Azərbaycanın xarici işlər naziri Tokioda Dostluq Liqasının üzvləri ilə görüşüb (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 10 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tokioya rəsmi səfəri çərçivəsində Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşüb Bu, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında əksini tapıb Görüşdə Azərbaycan-Yaponiya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb. Bu kontekstdə iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmlərinin və iqtisadi əməkdaşlıq komissiyasının, qarşılıqlı səfərlərin və müxtəlif səviyyələrdə təmasların ikitərəfli münasibətlərin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib Görüşdə Yaponiyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğu, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Yaponiyaya ilk rəsmi səfərinin Azərbaycan-Yaponiya münasibətlərinin inkişafında mühüm mərhələ olduğu, siyasi və iqtisadi əməkdaşlığın genişlənməsinə güclü təkan verdiyi vurğulanıb Görüşdə Azərbaycan-Yaponiya parlamentlərarası əməkdaşlığın rolu qeyd edilib, Azərbaycan Parlamentində fəaliyyət göstərən Azərbaycan-Yaponiya Parlamentlərarası İşçi Qrupunun və Yaponiya Parlamentində fəaliyyət göstərən Yaponiya-Azərbaycan Dostluq Liqasının müvafiq əhəmiyyəti qeyd edilib Görüş çərçivəsində siyasi, iqtisadi, humanitar, ənənəvi və bərpa olunan enerji, turizm, təhsil və digər sahələrdə əməkdaşlıq əlaqələri ətrafında fikir mübadiləsi aparılıb Xatırladaq ki, Yaponiyanın aparıcı İTOCHU və INPEX şirkətləri ölkəmizin etibarlı tərəfdaşları sırasındadır, Azərbaycanın enerji sektorunda, xüsusilə neft-qaz layihələrinin həyata keçirilməsində mühüm rol oynayırlar V.Bayramov keçmiş işğal və münaqişənin tarixi, münaqişədən sonrakı dövrdəki vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesi və Azərbaycanın atdığı addımlar, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, həmçinin mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirilən məqsədyönlü tədbirlər barədə həmkarına ətraflı məlumat verib Bundan əlavə, görüş zamanı qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər, o cümlədən Yaxın Şərqdəki vəziyyət ətrafında fikir mübadiləsi aparılıb

Kaynak: trend.az

Diğer Haberler