Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan diasporu Nyu York merinin qərəzli bəyanatlarından narahatlığını ifadə edir (FOTO)

BAKI, Azərbaycan, 29 aprel. Dünyada yaşayan azərbaycanlılar Nyu-York (ABŞ) meri Zöhran Kvame Mamdaninin “X” platformasında Azərbaycanla bağlı səsləndirdiyi əsassız və qərəzli fikirlərə kəskin etirazlarını bildirirlər Bir sıra diaspor təşkilatları, o cümlədən Azərbaycan-Amerika Gənclər Federasiyası

0 baxıştrend.az
Azərbaycan diasporu Nyu York merinin qərəzli bəyanatlarından narahatlığını ifadə edir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Dünyada yaşayan azərbaycanlılar Nyu-York (ABŞ) meri Zöhran Kvame Mamdaninin “X” platformasında Azərbaycanla bağlı səsləndirdiyi əsassız və qərəzli fikirlərə kəskin etirazlarını bildirirlər Bir sıra diaspor təşkilatları, o cümlədən Azərbaycan-Amerika Gənclər Federasiyası, Amerika Azərbaycan İnteqrasiya Mərkəzi, Amerika Azərbaycan Musiqi Fondu, Azərbaycan Amerika Təşkilatları Alyansı, Florida Azərbaycan Amerika Mədəniyyəti Assosiasiyası, İsraildəki Azərbaycan Mədəniyyət Mərkəzi, “Azİz” Beynəlxalq Mədəniyyətlərarası Əlaqələr Assosiasiyası və Britaniya Azərbaycanlıları Cəmiyyəti Nyu York ştatının beynəlxalq hüquq və meyora etirazlarını bildirən məktub göndəriblər. prinsiplər Məktublarda Azərbaycan xalqına yönəlmiş ittihamlardan ciddi narahatlıq ifadə olunur. Mamdaninin bəyanatlarının siyasi qərəzliyi əks etdirdiyi və beynəlxalq hüququn əsas prinsiplərini təhrif etdiyi vurğulanır. Diaspor ABŞ-ın Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiyi və normallaşma istiqamətində mühüm addımların atıldığı bir vaxtda bu cür qərəzli yanaşmaların qəbuledilməz olduğunu qeyd edib. Həmçinin Qarabağ bölgəsində yaşayan erməni əhalisinə reinteqrasiya səyləri çərçivəsində bərabər hüquqlar və təhlükəsizlik təminatları təklif edildiyi, onların sosial-iqtisadi inteqrasiyası üçün konkret addımların atıldığı vurğulanıb. Məktublarda dinc əhaliyə qarşı etnik motivli zorakılıq hallarının qeydə alınmadığı və hərəkətlərin beynəlxalq hüquq prinsiplərinə uyğun olduğu vurğulanır Diaspor təşkilatları bu kimi məsələlərin həllində Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüququn ümumi prinsipləri və tarixi faktlara əsaslanan obyektiv yanaşmaya çağırıblar

Kaynak: trend.az

Diğer Haberler