Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir (FOTO)

BAKI, Azərbaycan, 10 iyun. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasında rəsmi səfərdədir. Bu barədə Trend-ə Müdafiə Nazirliyindəki mənbə bildirib Əvvəlcə Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milor

0 baxıştrend.az
Azərbaycanın müdafiə naziri Serbiyada rəsmi səfərdədir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 10 iyun. Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Serbiya Respublikasında rəsmi səfərdədir. Bu barədə Trend-ə Müdafiə Nazirliyindəki mənbə bildirib Əvvəlcə Azərbaycan nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin və görkəmli serb yazıçısı Milorad Paviçin abidələrini, habelə Belqradın Taşmaydan parkında Milica Rakiçə həsr olunmuş abidə kompleksini ziyarət edib, önünə əklillər qoyub Sonra səfər proqramına uyğun olaraq general-polkovnik Zakir Həsənov Serbiya Respublikasının Müdafiə naziri cənab Bratislav Qasiç ilə görüşüb Rəsmi qarşılanma mərasimində hər iki ölkənin müdafiə nazirləri protokola uyğun olaraq fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Azərbaycan Respublikasının və Serbiya Respublikasının dövlət himnləri səsləndirilib Görüşdə iki ölkə arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub Qeyd edək ki, səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Serbiyanın Bujanovac şəhəri yaxınlığında keçirilən “Platinum Wolf 26” çoxmillətli taktiki təliminin “Hörmətli Ziyarətçilər Günü”ndə iştirakı planlaşdırılır

Kaynak: trend.az

Diğer Haberler