Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı yerli bankın Aİ sanksiyalarına məruz qalması ilə bağlı səlahiyyətlilərə müraciət edib

BAKI, Azərbaycan, 6 may. Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa İttifaqının (Aİ) "Yelo Bank" ASC-yə tətbiq etdiyi sanksiyalarla bağlı səlahiyyətli orqanlara müraciət edib. Bu barədə AMB sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib O qeyd edib ki, “Yelo Bank” ASC-nin Aİ-nin 20

0 baxıştrend.az
Azərbaycan Mərkəzi Bankı yerli bankın Aİ sanksiyalarına məruz qalması ilə bağlı səlahiyyətlilərə müraciət edib
Paylaş:

BAKI, Azərbaycan, 6 may. Azərbaycan Mərkəzi Bankı (AMB) Avropa İttifaqının (Aİ) "Yelo Bank" ASC-yə tətbiq etdiyi sanksiyalarla bağlı səlahiyyətli orqanlara müraciət edib. Bu barədə AMB sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib O qeyd edib ki, “Yelo Bank” ASC-nin Aİ-nin 20-ci sanksiya paketinə daxil edilməsindən bir müddət keçib "Biz bankla daim əlaqə saxlayırıq. Burada heç bir problem görmürük. Bank kifayət qədər stabildir. Bank həm likvidlik, həm də kapital adekvatlığı baxımından stabildir. Yəni, bankla bağlı mənfi gözləntilərimiz yoxdur. Aİ-nin tətbiq etdiyi sanksiyalar ödənişlərdə müəyyən çətinliklər yarada bilər Səbəbləri araşdıraraq həm bank, həm də AMB birgə və ayrı-ayrılıqda aidiyyatı orqanlara müraciət edirik. Bu davam edəcək. Ümid edirik ki, yaxın aylarda Aİ qərarını dəyişəcək, çünki heç bir səbəb yoxdur. Bank həm beynəlxalq standartlara, həm də ölkənin daxili qanunlarına uyğun fəaliyyət göstərir. Yəqin ki, Aİ-nin qərarında anlaşılmazlıq var”, - deyə sədr vurğulayıb

Kaynak: trend.az

Diğer Haberler