Azərbaycan xəbərdarlıq edir ki, Ermənistanda revanşist qüvvələr qələbə çalarsa, sülhə təhlükə yarana bilər
BAKI, Azərbaycan, 14 may. Ermənistanda keçirilən parlament seçkilərində revanşist qüvvələrin qələbəsi sülhə ciddi təhlükə yarada bilər, - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (CAİR) şöbə müdiri Mətin Məmmədli bildirib O, bunu “Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı çıxışı ilə bağ
BAKI, Azərbaycan, 14 may. Ermənistanda keçirilən parlament seçkilərində revanşist qüvvələrin qələbəsi sülhə ciddi təhlükə yarada bilər, - Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (CAİR) şöbə müdiri Mətin Məmmədli bildirib O, bunu “Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı çıxışı ilə bağlı müzakirələr” adlı dəyirmi masada deyib “Bu gün sülh prosesi Azərbaycanın regional siyasətinin əsas prioritetidir” Politoloq qeyd edib ki, əsas məqamlardan biri regionda davamlı sülh üçün əlverişli zəmin yaradılmasıdır "Xüsusən də Vaşinqton sammitindən sonra sülh prosesində müsbət dinamika müşahidə olunur. Bu dinamika siyasi-diplomatik münasibətlərdə, humanitar sahədə, eləcə də iqtisadi-ticari münasibətlərdə özünü göstərir. Eyni zamanda, müəyyən risklər və təhdidlər hələ də qalmaqdadır. Bu kontekstdə Ermənistanda qarşıdan gələn parlament seçkiləri diqqət mərkəzindədir. Əgər revanşist qüvvələr yenidən hakimiyyətə qayıdıb sülh prosesinə ciddi təhlükə yarada bilər. Azərbaycan bütün ssenarilərə hazırdır, Azərbaycan regionun qalibi və ən güclü dövlətidir” Məmmədli vurğulayıb ki, Azərbaycana qarşı yarana biləcək istənilən təhlükə yerindəcə zərərsizləşdiriləcək və müvafiq tədbirlər görüləcək

