Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan uşaqlara mənfi təsir göstərən məlumatları məhdudlaşdırmağa çağırır

BAKI, Azərbaycan, 10 iyun. Uşaqlara mənfi təsir göstərən məlumatlar məhdudlaşdırılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə İnzibati Xətalar Məcəlləsinə və b

0 baxıştrend.az
Azərbaycan uşaqlara mənfi təsir göstərən məlumatları məhdudlaşdırmağa çağırır
Paylaş:

BAKI, Azərbaycan, 10 iyun. Uşaqlara mənfi təsir göstərən məlumatlar məhdudlaşdırılmalıdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qeyri-Hökumət Təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Elmir Vəlizadə İnzibati Xətalar Məcəlləsinə və bir sıra qanunlara dəyişikliklər edilməsi haqqında qanun layihəsinin ictimai müzakirəsi zamanı deyib Onun sözlərinə görə, ölkədə uşaqların zərərli informasiyadan qorunması sahəsində qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində iş aparılır O qeyd edib ki, rəqəmsal texnologiyaların sürətli inkişafı uşaqların müxtəlif platformalarda yaşına uyğun olmayan məzmunla rastlaşma riskini artırıb. Bu baxımdan uşaqların psixoloji və əxlaqi inkişafına mənfi təsir göstərə biləcək məlumatların məhdudlaşdırılması vacibdir "Dünyanın bir çox ölkələrində müvafiq tədbirlər həyata keçirilir. Avstraliya və Fransa kimi ölkələrdə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş qanunvericilik təşəbbüsləri qəbul edilib. Qanunvericilikdə dəyişikliklərlə yanaşı, valideynlər, müəllimlər və uşaqlar üçün maarifləndirmə proqramlarının həyata keçirilməsi də nəzərdə tutulub. Bu sahədə geniş maarifləndirmə tədbirləri təşkil olunacaq, dövlət qurumları, rəsmi təhsil müəssisələri, vətəndaş cəmiyyəti, əlavə olaraq bu sahədə"

Kaynak: trend.az

Diğer Haberler