Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanda maliyyə sektoru İnnovasiya Mərkəzinin planı açıqlanıb

BAKI, Azərbaycan, 9 iyun. Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 çərçivəsində Azərbaycanda maliyyə-bank sektorunda innovasiyaların genişləndirilməsi üçün İnnovasiya Mərkəzinin yaradılması təklif olunub.Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriye

0 baxıştrend.az
Azərbaycanda maliyyə sektoru İnnovasiya Mərkəzinin planı açıqlanıb
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. Bakıda keçirilən Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026 çərçivəsində Azərbaycanda maliyyə-bank sektorunda innovasiyaların genişləndirilməsi üçün İnnovasiya Mərkəzinin yaradılması təklif olunub.Bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev tədbirdə bildirib Onun sözlərinə görə, Azərbaycanda rəqəmsal transformasiyanın sürətləndirilməsi, ölkənin innovasiya mərkəzinə çevrilməsi və türk dövlətləri ilə qlobal maliyyə inteqrasiyasında rolunun artırılması üçün bir sıra mühüm islahatların həyata keçirilməsi vacibdir Nuriyev qeyd edib ki, bank sistemində aparılan islahatların davamı olaraq “Rəqəmsal banklar haqqında” qanunun qəbulu regionda maliyyə-bank sistemində inteqrasiya əlaqələrinin genişlənməsinə, bank-müştəri münasibətlərinin tam rəqəmsal səviyyəyə keçməsinə, Azərbaycanın “innovasiya mərkəzi” kimi formalaşmasına mühüm töhfə verəcək O, həyata keçiriləcək islahatların ekosistemdə innovasiyaların tətbiqinin təşviqində və əsas istiqamətlərin müəyyən edilməsində mühüm rol oynayacaq İnnovasiya Mərkəzinin yaradılması ilə müşayiət olunmalı olduğunu vurğulayıb. ABA prezidenti əlavə edib ki, bu mərkəzin Mərkəzi Bankın nəzdində yaradılması təklif olunur Nuriyev onu da bildirib ki, innovativ həllərin tətbiqinin davamı olaraq, rəqəmsal ödənişlərin daha rahat və effektiv olması üçün Ani Ödənişlər Sistemində NFC texnologiyasına əsaslanan rəqəmsal ödəniş imkanları yaradılmalıdır

Kaynak: trend.az

Diğer Haberler