Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və BMT-Habitat WUF13-də çoxsaylı şəhər paktı bağlamağa hazırlaşır - BMT-Habitat rəsmisi (Exclusive)

BAKI, Azərbaycan, 17 may. Bu gün Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində bir sıra anlaşma memorandumları imzalanacaq.Bu barədə Trend-ə BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Raf Tuts bildirib O, Azərbaycanın fo

0 baxıştrend.az
Azərbaycan və BMT-Habitat WUF13-də çoxsaylı şəhər paktı bağlamağa hazırlaşır - BMT-Habitat rəsmisi (Exclusive)
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Bu gün Bakıda keçiriləcək Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində bir sıra anlaşma memorandumları imzalanacaq.Bu barədə Trend-ə BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) Qlobal Həllər Bölməsinin direktoru Raf Tuts bildirib O, Azərbaycanın foruma hazırlığını yüksək qiymətləndirib və qeyd edib ki, bu, artıq onun iştirak etdiyi 13-cü Dünya Şəhər Forumudur ​"Mən 2001-ci ildən keçirilən bütün şəhər forumlarında iştirak etmişəm. WUF urbanizasiya, mənzil və şəhərsalma sahələrində dialoq və təcrübə mübadiləsi üçün yaradılmışdır. Hər forumla iştirakçıların sayı, tədbirlərin miqyası və müzakirələrin müxtəlifliyi artmaqda davam edir" Tuts qeyd edib ki, foruma Azərbaycan və Bakı şəhəri tərəfindən görülən hazırlıq işləri xüsusi təəssürat yaradıb ​"Biz son iki il ərzində hazırlıq prosesini izləyirik. Bakıya gələn kimi infrastruktur, təşkilatçılıq səviyyəsi və Azərbaycanın foruma göstərdiyi dəstək məni həqiqətən heyran etdi. Nazirlərin görüşü indi başlayır və forumdan gözləntilərim çox böyükdür", - BMT-Habitat rəsmisi vurğulayıb O əlavə edib ki, WUF13 həm də beynəlxalq tərəfdaşlıqların qurulması və əməkdaşlıq imkanlarının genişləndirilməsi üçün mühüm platformadır ​"Forumda 120-dən çox ölkə və çoxsaylı tərəfdaşlar iştirak edir. Həftə ərzində müxtəlif tərəfdaşlarla anlaşma memorandumlarının imzalanması planlaşdırılır. Bu sənədlərdən bəziləri icraçı direktorun, digərləri isə mənim iştirakımla imzalanacaq. Forum həmişə yeni əməkdaşlıqların qurulması üçün yaxşı imkan yaradır", - Tuts

Kaynak: trend.az

Diğer Haberler