Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan-Ukrayna münasibətləri son illər xeyli dərinləşir - politoloq

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycanla Ukrayna arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə xeyli dərinləşib, - Trend-ə politoloq Azər Qarayev deyib Onun sözlərinə görə, bu münasibətlər təkcə rəsmi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmır, həm də real əməkdaş

0 baxıştrend.az
Azərbaycan-Ukrayna münasibətləri son illər xeyli dərinləşir - politoloq
Paylaş:

BAKI, Azərbaycan, 27 aprel. Azərbaycanla Ukrayna arasında münasibətlər son illərdə siyasi, iqtisadi və humanitar sahələrdə xeyli dərinləşib, - Trend-ə politoloq Azər Qarayev deyib Onun sözlərinə görə, bu münasibətlər təkcə rəsmi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmır, həm də real əməkdaşlıq layihələri, qarşılıqlı dəstək, ümumi maraqlar üzərində qurulmuş davamlı tərəfdaşlıq modelini əks etdirir O bildirib ki, Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycana son işgüzar səfəri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir və iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir "Qəbələdə keçirilən görüşlər və müzakirələr göstərdi ki, Bakı ilə Kiyev arasında dialoq artıq epizodik xarakter daşımır, sistemli və məqsədyönlü şəkildə inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, son 4 ildə prezidentlər səviyyəsində 7 görüşün keçirilməsi münasibətlərin dinamik xarakterini nümayiş etdirir. Bu görüşlər təkcə protokol əsasında deyil, həm də konkret qərar və nəticələr əsasında müzakirə olunur Siyasi münasibətlərin möhkəm təməli əvvəlki illərdə imzalanmış strateji tərəfdaşlıq sənədlərinə əsaslanır. Bu sənədlər çərçivəsində tərəflər hər zaman bir-birinin suverenliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyiblər. Bu prinsipial mövqe müasir beynəlxalq münasibətlər sistemində xüsusilə vacibdir. Prezident İlham Əliyevin sözləri ilə desək, “Azərbaycan və Ukrayna bütün beynəlxalq təşkilatlarda bir-birinin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər”. Bu yanaşma onu göstərir ki, tərəflər nəinki ikitərəfli, həm də qlobal səviyyədə vahid mövqedən çıxış edirlər”, - deyə Qarayev vurğulayıb Onun sözlərinə görə, enerji sektoru Azərbaycan-Ukrayna əməkdaşlığının əsas istiqamətlərindən biri olaraq qalır "Azərbaycanın enerji resursları və Ukraynanın tranzit imkanları bu sahədə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır. Azərbaycan Dövlət Neft Şirkətinin Ukraynadakı uzunmüddətli fəaliyyəti bu əməkdaşlığın praktiki nəticələrindən biridir. Eyni zamanda, yeni investisiya layihələri və birgə təşəbbüslər müzakirə olunur ki, bu da tərəflərin enerji təhlükəsizliyi sahəsində daha sıx əməkdaşlıq etmək niyyətindən xəbər verir İqtisadi əməkdaşlıq təkcə enerji ilə məhdudlaşmır. Ticarət dövriyyəsinin artması, kənd təsərrüfatı, sənaye, investisiya sahələrində əməkdaşlığın genişlənməsi bu əlaqələrin çoxşaxəli xarakter aldığını sübut edir. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 500 milyon dolları ötməsi mühüm göstəricidir, lakin tərəflər bu rəqəmin daha da artırılması üçün böyük potensialın olduğunu qeyd edirlər. Bu baxımdan Hökumətlərarası Komissiyanın fəaliyyəti xüsusi rol oynayır və gələcəkdə daha intensiv əməkdaşlıq üçün platforma rolunu oynayacaqdır Son illər diqqəti cəlb edən mühüm sahələrdən biri də hərbi-texniki əməkdaşlıqdır. Həm Azərbaycan, həm də Ukrayna müdafiə sənayesində mühüm irəliləyişlər əldə edib və bu sahədə təcrübə mübadiləsi üçün geniş imkanlar var. Prezident Zelenski də bu sahədə əməkdaşlığın vacibliyini vurğulayaraq qeyd edib ki, Ukrayna müharibə dövründə əldə etdiyi təcrübəni bölüşməyə və perspektivli görünən birgə istehsal layihələri hazırlamağa hazırdır. Bu əməkdaşlıq təkcə müdafiə qabiliyyətinin gücləndirilməsi baxımından deyil, həm də texnoloji inkişaf baxımından böyük əhəmiyyət kəsb edir”, - deyə analitik qeyd edib Ə.Qarayev qeyd edib ki, humanitar sahə Azərbaycan-Ukrayna münasibətlərinin ən həssas və eyni zamanda ən səmərəli istiqamətlərindən biridir "Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardım, xüsusilə də müharibədən zərər çəkmiş uşaqlara göstərdiyi dəstək yüksək qiymətləndirilir. Ukrayna Prezidenti bu yardıma görə minnətdarlığını bildirib və deyib: "Beş yüzdən çox ukraynalı uşaq buradadır və bu humanitar dəstəyə görə sizə minnətdarıq Eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlıq da diqqətəlayiqdir. Ukrayna ali təhsil müəssisələri uzun illər azərbaycanlı tələbələr üçün cəlbedici məkan olub. Bu bir gələcəkdə iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verən mühüm amildir. Gənclər arasında qurulan bu körpülər uzunmüddətli perspektivdə strateji tərəfdaşlığın sosial əsasını təşkil edir”, - deyə o qeyd edib Analitik vurğulayıb ki, mövcud geosiyasi reallıqlar fonunda Azərbaycan və Ukrayna arasında əməkdaşlıq daha geniş regional və qlobal kontekstdə də əhəmiyyət kəsb edir. İki ölkə arasında enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, ərzaq təhlükəsizliyi kimi məsələlərdə əməkdaşlıq təkcə onların milli maraqları ilə məhdudlaşmır, həm də daha geniş region üçün sabitlik və inkişaf amilinə çevrilir “Nəticədə Azərbaycan-Ukrayna münasibətləri bu gün çoxşaxəli və dinamik inkişaf edən tərəfdaşlıq modelidir. Siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji layihələri, humanitar təşəbbüslər, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyət bu əlaqələri möhkəm təməl üzərində qurur. Prezidentlər səviyyəsində davamlı təmaslar və qarşılıqlı dəstək bu tərəfdaşlığın gələcəkdə daha da möhkəmlənəcəyinə əminlik yaradır. Zelenskinin Azərbaycana səfəri bu inkişafın növbəti mərhələsini simvolizə edir və iki ölkə arasında dostluq və əməkdaşlığın daha da dərinləşəcəyini göstərir”, - deyə Qarayev əlavə edib

Kaynak: trend.az

Diğer Haberler