Azərbaycanda balıqçılıq təsərrüfatlarına güzəştli kreditlər verilsin - fərman
BAKI, Azərbaycan, 8 iyun. “Kənd təsərrüfatına və aqrar-sənaye sektorunda lizinq fəaliyyətinə dövlət dəstəyinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli fərmanında dəyişiklik edilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağ

BAKI, Azərbaycan, 8 iyun. “Kənd təsərrüfatına və aqrar-sənaye sektorunda lizinq fəaliyyətinə dövlət dəstəyinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli fərmanında dəyişiklik edilib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı yeni sərəncam imzalayıb Sərəncama əsasən, Azərbaycanın balıqçılıq müəssisələri də Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri və İnkişafı Agentliyinin xətti ilə güzəştli kreditlər ala biləcəklər Belə ki, bundan sonra Agentliyin vəsaiti kənd təsərrüfatı maşınlarının və texnoloji avadanlıqların, balıqçılıqda, o cümlədən akvakulturada istifadə olunan maşın və texnoloji avadanlıqların, suvarma sistemləri və avadanlıqlarının, habelə heyvandarlıq təsərrüfatları üçün güzəştlərin maliyyələşdirilməsinə yönəldiləcək


