Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda qadınların layiqli yaşaması üçün dövlət səviyyəsində ciddi tədbirlər görülür - Bahar Muradova

BAKI, Azərbaycan, 17 may. Azərbaycan qadınların yaxşı yaşayış mühiti, məkan, eləcə də layiqli həyat imkanları ilə təmin olunması üçün dövlət səviyyəsində ciddi işlər həyata keçirilir.Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 tədbiri ilə bağl

0 baxıştrend.az
Azərbaycanda qadınların layiqli yaşaması üçün dövlət səviyyəsində ciddi tədbirlər görülür - Bahar Muradova
Paylaş:

BAKI, Azərbaycan, 17 may. Azərbaycan qadınların yaxşı yaşayış mühiti, məkan, eləcə də layiqli həyat imkanları ilə təmin olunması üçün dövlət səviyyəsində ciddi işlər həyata keçirilir.Bu barədə Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova WUF13 tədbiri ilə bağlı məlumat verib Onun sözlərinə görə, hər bir beynəlxalq tədbirin gündəliyində duran əsas məsələlərdən biri gender bərabərliyi və onun bütün sahələrdə qorunmasıdır "Bərabərlikdən danışanda təbii olaraq qadınlar yada düşür. Söhbət onların iştirakının təmin edilməsindən gedir. Hər ölkədə buna fərqli yanaşmalar var və nəticələr də müxtəlifdir. Bu sahədə bərabərliyin nə vaxtsa tam təmin olunacağına əmin deyiləm. Ona görə də beynəlxalq səviyyədə təşkil olunan bütün tədbirlərin əsas mövzularından biri olaraq həmişə bu mövzu qalacaq. Bunun həm təbii, həm də süni səbəbləri var", - Muradova bildirib "Hər bir ölkə, o cümlədən Azərbaycanda qadınların yaxşı yaşayış mühiti, məkan və layiqli həyat imkanları ilə təmin olunması üçün dövlət səviyyəsində ciddi tədbirlər həyata keçirilir. WUF13 şəhərsalmanın modernləşdirilməsinə, müasir tələblərə cavab verməsinə, bu istiqamətdə siyasətin uyğunlaşdırılmasına və vahid mövqelərin formalaşmasına mühüm töhfə verəcək", - o, yekunlaşdırıb

Kaynak: trend.az

Diğer Haberler