Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
BAKI, Azərbaycan, 8 iyun. İyunun 8-də Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Ekspatsiyalar Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Suriya nü

BAKI, Azərbaycan, 8 iyun. İyunun 8-də Bakıda Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Ekspatsiyalar Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib Azərbaycan nümayəndə heyətinə Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq İdarəsinin rəisi Məhəmməd Yakub əl-Ömər rəhbərlik edib Məsləhətləşmələr zamanı Azərbaycan və Suriya arasında konsulluq sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, o cümlədən yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib Görüşdə konsulluq sahəsində son hadisələrlə bağlı məlumat mübadiləsi aparılıb, hər iki ölkə vətəndaşlarının hüquq və mənafelərinin müdafiəsi, habelə Azərbaycan vətəndaşlarının Suriyadan repatriasiyası ilə bağlı məsələlər müzakirə edilib Suriya tərəfi yeni yaradılmış konsulluq xidmətlərinin gələcək inkişafına dəstək vermək üçün Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlı olduğunu bildirib
