Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Sudan diplomatik vizadan azad edilməsi sazişi ilə əlaqələri gücləndirir (FOTO)

BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 19-da bu ölkədə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Əhməd İbrahim ilə görüşüb, Trend in Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə G

0 baxıştrend.az
Azərbaycan və Sudan diplomatik vizadan azad edilməsi sazişi ilə əlaqələri gücləndirir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov mayın 19-da bu ölkədə səfərdə olan Sudanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Mohieddin Salem Əhməd İbrahim ilə görüşüb, Trend in Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə Görüşdə Azərbaycan ilə Sudan arasında siyasi, iqtisadi, humanitar və çoxtərəfli əməkdaşlıq gündəliyinə dair məsələlər müzakirə edilib. Bildirilib ki, gələn il iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35 illiyi tamam olur Nazirlər xarici işlər nazirlikləri arasında siyasi dialoqun, qarşılıqlı səfərlərin və siyasi məsləhətləşmələrin fəallaşmasının əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Bu kontekstdə beynəlxalq təşkilatlar, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstəyin və əməkdaşlığın vacibliyi vurğulanıb Görüş zamanı enerji təhlükəsizliyi, yaşıl enerji, kənd təsərrüfatı, investisiya, təhsil, humanitar əməkdaşlıq sahələrində əməkdaşlıq imkanları müzakirə edilib. Sudan tərəfi Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal inkişaf, infrastruktur tikintisi və münaqişədən sonrakı reabilitasiya sahəsində təcrübəsinə maraq göstərib. Azərbaycan sudanlı tələbələrə təhsil təqaüdü verdiyinə görə minnətdarlığını bildirib. Azərbaycanın Sudandakı daşqınlar və COVID-19 pandemiyasına qarşı humanitar yardımı da məmnunluqla qeyd olunub Nazir Ceyhun Bayramov qarşı tərəfə münaqişədən sonrakı dövrdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işləri, mina təhlükəsi ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, o cümlədən regional nəqliyyat-kommunikasiya layihələrinin əhəmiyyəti barədə ətraflı məlumat verib Tərəflər həmçinin regional və beynəlxalq təhlükəsizlik gündəliyində duran məsələlər və çağırışlar ətrafında fikir mübadiləsi aparıblar Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər də müzakirə olunub Səfər zamanı nazirlər “Azərbaycan Respublikası Hökuməti və Sudan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin qarşılıqlı vizadan azad edilməsi haqqında” Saziş imzalayıblar

Kaynak: trend.az

Diğer Haberler