Azərbaycan Fransanın bəzi KİV-lərinin qarayaxma kampaniyasını qətiyyətlə pisləyir
BAKI, Azərbaycan, 12 iyun. Fransanın bəzi kütləvi informasiya vasitələri Fransanın gündəlik həyatına xas olan adi cinayət hadisəsi ilə bağlı birtərəfli, manipulyasiya xarakterli və aldadıcı materiallar dərc ediblər, Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi bildirib "Bəzi Fransa KİV-ləri

BAKI, Azərbaycan, 12 iyun. Fransanın bəzi kütləvi informasiya vasitələri Fransanın gündəlik həyatına xas olan adi cinayət hadisəsi ilə bağlı birtərəfli, manipulyasiya xarakterli və aldadıcı materiallar dərc ediblər, Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi bildirib "Bəzi Fransa KİV-lərində Fransanın gündəlik həyatına xas olan adi cinayət hadisəsi ilə bağlı birtərəfli, manipulyasiya xarakterli və aldadıcı materiallar dərc olunub. Bu materiallar açıq şəkildə ictimai rəyi təhrif etmək və Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək məqsədi daşıyır Məhkəmə prosesindən əvvəl və sonra seçmə çərçivə, eləcə də məhkəmə prosesi ilə bağlı sensasiya aydın şəkildə göstərir ki, hadisə siyasi motivli kontekstdə təqdim olunur Fransanın bəzi media qurumlarının bu cinayət işini qərəzli şəkildə siyasiləşdirmək və bəzi Azərbaycan məmurlarının adlarını çəkmək cəhdləri ölkəmizə qarşı sistemli qarayaxma kampaniyasının tərkib hissəsidir Şübhəsiz ki, Fransanın dövlət dairələrinə yaxınlığı və əvvəllər Azərbaycana qarşı oxşar kampaniyalar aparması ilə tanınan Revue21, TV5 Monde, Le Figaro və Le Monde kimi media orqanlarının göstərdiyi xüsusi “həssaslıq” Azərbaycanın beynəlxalq nüfuzunun artmasından narahat olan müəyyən qrupların bədxah niyyətindən irəli gəlir Bu KİV-lər hamılıqla qəbul edilmiş jurnalist etika standartlarını qəsdən və kobud şəkildə pozmaqla, mütəşəkkil siyasi kampaniyanın aləti olduqlarını bir daha nümayiş etdirirlər Cinayət fərdi məsuliyyətə səbəb olan əməl olsa da, özünü demokratik dövlət elan edən dövlətin cinayətin özündən daha çox cinayətkarın milli mənsubiyyətini vurğulaması qanunun aliliyinə deyil, stereotiplərin və ayrı-seçkiliyin təbliğinə dəlalət edir Fransanın bəzi kütləvi informasiya vasitələrinin Azərbaycana qarşı manipulyasiya edilmiş məlumatlar əsasında başlatdığı qarayaxma kampaniyasını məqsədyönlü təbliğat cəhdi kimi qiymətləndirir və bu cür hərəkətləri peşəkar jurnalistika prinsipləri ilə bir araya sığmayan hərəkətləri qətiyyətlə pisləyirik”, - deyə məlumatda bildirilir


