Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Cənubi Koreya ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Koreya Respublikasının xarici işlər naziri Ço Hyun arasında telefon danışığı olub Telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf

0 baxıştrend.az
Azərbaycan və Cənubi Koreya ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Koreya Respublikasının xarici işlər naziri Ço Hyun arasında telefon danışığı olub Telefon danışığı zamanı Azərbaycan ilə Koreya Respublikası arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri, o cümlədən regional əməkdaşlıq məsələləri müzakirə olunub Koreya şirkətlərinin Azərbaycanda həyata keçirilən bir sıra layihələrdə iştirakının vacibliyi vurğulanıb, iqtisadi sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş imkanların mövcudluğu qeyd edilib Bundan əlavə, Azərbaycan Respublikası Hökuməti ilə Koreya Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb Xarici işlər nazirlikləri arasında məsləhətləşmələr və qarşılıqlı səfərlər mexanizminin intensivləşdirilməsinin vacibliyi vurğulanıb Tərəflər regional əməkdaşlıq platformaları çərçivəsində əməkdaşlığı müzakirə edib, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını araşdırıblar Bundan başqa, Koreya tərəfinin Azərbaycanın BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasına (UNESCAP) sədrliyini alqışladığı da vurğulanıb Bundan əlavə, telefon danışığı zamanı tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Kaynak: trend.az

Diğer Haberler