Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan və Slovakiya ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 12-də Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştoku qəbul edib Görüşdə Azərbaycan ilə Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, onların

0 baxıştrend.az
Azərbaycan və Slovakiya ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyətini müzakirə ediblər
Paylaş:

BAKI, Azərbaycan, 12 iyun. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyunun 12-də Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştoku qəbul edib Görüşdə Azərbaycan ilə Slovakiya arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, onların gələcək inkişaf perspektivləri müzakirə olunub. Həmçinin regional təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun, qarşılıqlı səfərlərin, institusional əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar Həmin gün Azərbaycan Respublikası və Slovakiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin sonuncu raundu keçirilib Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Slovakiya nümayəndə heyətinə isə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştok başçılıq ediblər Məsləhətləşmələr zamanı Azərbaycan ilə Slovakiya arasında çoxşaxəli strateji tərəfdaşlığın inkişafından məmnunluq ifadə olunub. Azərbaycanın həm təşəbbüskarı, həm də fəal iştirakçısı olduğu, o cümlədən Orta Dəhliz çərçivəsində iri regional və beynəlxalq nəqliyyat layihələrinin həyata keçirilməsində strateji rolu yüksək qiymətləndirilib. Tərəflər, həmçinin təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, o cümlədən hüquqi və müqavilə bazasının genişləndirilməsi məsələlərini nəzərdən keçiriblər Tərəflər beynəlxalq platformalarda əməkdaşlıq, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi, namizədlərin qarşılıqlı dəstəyi ilə bağlı məsələləri müzakirə ediblər Məsləhətləşmələr zamanı tərəflər regiondakı mövcud vəziyyət, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı yenidənqurma və reabilitasiya işləri, minalardan təmizləmə işləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Kaynak: trend.az

Diğer Haberler

Azerbaijan, Slovakia discuss current state of bilateral and multilateral relations | Tenqri