Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Slovakiya iqtisadi və ticarət sahəsində əməkdaşlıq edir (FOTO)

BAKI, Azərbaycan, 19 may. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində Slovakiyanın investisiya, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə iqtisadi əməkdaşlığı müzakirə edib, Trend -in ölkənin İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə

0 baxıştrend.az
Azərbaycan və Slovakiya iqtisadi və ticarət sahəsində əməkdaşlıq edir (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 19 may. İqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhər Forumu (WUF13) çərçivəsində Slovakiyanın investisiya, regional inkişaf və informasiya naziri Samuel Miqal ilə iqtisadi əməkdaşlığı müzakirə edib, Trend -in ölkənin İqtisadiyyat Nazirliyinə istinadən verdiyi məlumata görə Görüşdə Azərbaycan ilə Slovakiya arasında əlaqələrin dinamik şəkildə inkişaf etdiyi vurğulanıb, iqtisadi əməkdaşlığın genişlənməsinin qarşılıqlı tərəfdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiyi bildirilib. Tərəflər iki ölkə arasında əməkdaşlıq üzrə mövcud gündəliyi nəzərdən keçirib və iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğunu qeyd ediblər Müzakirələrdə xüsusilə qarşılıqlı sərmayələrin təşviqi və iqtisadi qurumlar arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Görüşdə sənaye, ticarət, enerji, infrastruktur və regional inkişaf sahələrində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler