Azərbaycan İsrailin öz ərazisindən İrana qarşı istifadə etməsi ilə bağlı iddiaları pisləyib (FOTO)
BAKI, Azərbaycan, 5 iyun. CNN özünün uydurma "mənbələrinə" istinadən İsrailin guya İranla müharibə zamanı Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaları özündə əks etdirən material dərc edib Bəyanatda qeyd olunub ki, dünya şöhrətli transmilli media şirkəti tərəfindən heç bir fakta isti

BAKI, Azərbaycan, 5 iyun. CNN özünün uydurma "mənbələrinə" istinadən İsrailin guya İranla müharibə zamanı Azərbaycan ərazisindən istifadə etməsi ilə bağlı iddiaları özündə əks etdirən material dərc edib Bəyanatda qeyd olunub ki, dünya şöhrətli transmilli media şirkəti tərəfindən heç bir fakta istinad edilmədən açıq-aşkar saxta məlumatların dövriyyəsi informasiyanın qəsdən və kobud manipulyasiyasıdır “Media etikasının dəyərlərinə və xəbərlərdə tarazlığın qorunması kimi peşəkar jurnalistikanın əsas prinsiplərinə məhəl qoymayan CNN dezinformasiya yaymaqla nəinki öz reputasiyasını ləkələyib, həm də hibrid müharibənin təbliğat vasitəsi kimi çıxış edib CNN tərəfindən yayılan dezinformasiya Azərbaycana və bütövlükdə regional təhlükəsizliyə yönəlmiş siyasi təxribatdır və bu məlumatların yayılması beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaq, regional sabitliyə və dövlətlərarası münasibətlərə xələl gətirmək, regionda gərginlik yaratmaq məqsədi daşıyır Dəfələrlə ən yüksək rəsmi səviyyədə bəyan edilib ki, Azərbaycan ərazisindən heç vaxt İrana qarşı istifadə olunmayıb və bu cür uydurma, qərəzli məlumatlar informasiyanın kobud şəkildə manipulyasiyasıdır Biz regional təhlükəsizliyi təhdid edən, media etikası və jurnalist peşəkarlığı prinsiplərinə zidd məlumatlar yaymaqla ictimai rəyi çaşdırmağa çalışan CNN-dən təkzib verməsini və Azərbaycandan üzr istəməsini tələb edirik”, - deyə bəyanatda vurğulanıb


