Tenqri
Ana Səhifə
Siyasət

Azərbaycan keçmiş münaqişə zonasına sərmayə qoyuluşu ilə münaqişəyə son qoymaqda maraqlıdır - XİN

BAKI, Azərbaycan, 19 may. Azərbaycan keçmiş münaqişə zonasına sərmayə qoyması ilə qarşıdurma səhifəsini bağlamaqda maraqlıdır. Trend -in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən WUF13 çərçivəsində keçirilən "Əlaqələrin mərkəzində olan şəhərlər: Şəhərlərin yenidən qu

0 baxıştrend.az
Azərbaycan keçmiş münaqişə zonasına sərmayə qoyuluşu ilə münaqişəyə son qoymaqda maraqlıdır - XİN
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Azərbaycan keçmiş münaqişə zonasına sərmayə qoyması ilə qarşıdurma səhifəsini bağlamaqda maraqlıdır. Trend -in məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda keçirilən WUF13 çərçivəsində keçirilən "Əlaqələrin mərkəzində olan şəhərlər: Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq" mövzusunda tədbirdə deyib Onun sözlərinə görə, davamlı və yaxşı planlaşdırılmış şəhərlər uzunmüddətli iqtisadi və sosial faydaların təmin edilməsi üçün vacibdir Nazir qeyd edib ki, məhz bu yanaşma əsasında Azərbaycan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa prosesinə başlayıb “Bütün şəhərlər, qəsəbələr və kəndlər davamlılıq, ağıllı idarəetmə, yaşıl enerji, iqlimə davamlılıq və insan mərkəzli şəhərsalma prinsipləri əsasında sıfırdan yenidən qurulur Bu proses təkcə evlərin və yolların tikintisindən ibarət deyil. Söhbət iqtisadi artım, əlaqə və insan inkişafı mərkəzlərinin formalaşdırılmasından gedir Eyni zamanda, münaqişədən dərhal sonra işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma və məskunlaşma layihələri Azərbaycanın sülh gündəminə sadiqliyinin bariz göstəricisidir”, - deyə o izah edib V.Bayramov xüsusilə vurğulayıb ki, Azərbaycan keçmiş münaqişə zonasına 15 milyard dollara yaxın sərmayə qoymaqla regionda qarşıdurma səhifəsinin bağlanmasında səmimi marağı olduğunu nümayiş etdirib “Başqa sözlə, münaqişədən sonrakı dövrdə Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı yenidənqurma işləri də sülhməramlı strategiyanın tərkib hissəsi hesab edilməlidir Bu, zorakılıq dövrünü geridə qoymaq və daha firavan və davamlı gələcək qurmaq strategiyasıdır”, - deyə o əlavə edib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler