Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yeni su anbarlarının tikintisi planlarını bölüşür (Eksklüziv)
BAKI, Azərbaycan, 4 iyun. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni su anbarlarının tikintisi planlaşdırılır Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzur şəhərlərinin perspektiv planına uyğun olaraq su təchizatı sistemlərinin yenidən qurulması və layihələndirilməsi işləri dava
BAKI, Azərbaycan, 4 iyun. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yeni su anbarlarının tikintisi planlaşdırılır Onun sözlərinə görə, hazırda Qarabağ və Şərqi Zəngəzur şəhərlərinin perspektiv planına uyğun olaraq su təchizatı sistemlərinin yenidən qurulması və layihələndirilməsi işləri davam etdirilir. Bəzi rayonlarda layihələndirmə işləri artıq başa çatıb, digərlərində isə proses davam edir O bildirib ki, Ağdam şəhərində layihələndirmə mərhələsi başa çatıb, şəhərin baş planına uyğun olaraq tikinti-quraşdırma işləri mərhələli şəkildə aparılır "Xankəndi şəhərində layihələndirmə işlərinə hazırlıq işləri aparılır. Laçın şəhərində həm layihələndirmə, həm də tikinti-quraşdırma işləri artıq başa çatdırılıb. Bütün işlər mərhələli şəkildə aparılır və köçürülmə nəzərdə tutulan ərazilərin perspektiv inkişafı nəzərə alınır" İşğal zamanı yararsız vəziyyətə düşmüş su anbarları bərpa edilib Adıgözəlov qeyd edib ki, işğal zamanı Xaçınçay və Köndələnçay su anbarları yararsız vəziyyətə düşüb və onların istismarı mümkün olmayıb. İşğaldan azad edildikdən sonra bu obyektlər tamamilə yenidən qurulub "Əksər yaşayış məntəqələrində içməli su sistemləri də tamamilə sıradan çıxıb. Xankəndidə sistem qismən yararsız hala düşüb. Tamamilə dağılmış şəhərlərdə su təchizatı infrastrukturu yenidən qurulub Xankəndində həyata keçirilən layihələr başa çatdıqdan sonra şəhərdə sutəmizləyici qurğular kompleksi, yağış sularının idarə olunması sistemi, kanalizasiya şəbəkəsi və içməli su təchizatı tam Azərbaycan tikinti norma və qaydalarına uyğun fəaliyyət göstərəcək Şəhər relyef xüsusiyyətlərinə görə 10 zonaya bölünüb və hər zona üçün ayrıca su anbarları nəzərdə tutulub Fəaliyyətini bərpa etmiş dövlət qurumlarının və müxtəlif təşkilatların əməkdaşlarının yaşadığı Xankəndində hazırda 3264 abonentə xidmət göstərilir Şəhərdən çirkab suların çıxarılması üçün şəbəkələr və kollektorlar var. Hazırda 27 məntəqədən tullantı suları şəhər kənarındakı dərələrə axıdılır”, - deyə o əlavə edib Şuşada tullantı sularının təmizlənməsi və təkrar istifadəsi təmin ediləcək Qurum rəsmisi bildirib ki, Şuşa şəhərinin perspektiv inkişaf planına uyğun olaraq çirkab sutəmizləyici kompleks tikilir "Burada təmizlənmiş su Qarqarçay çayına axıdılacaq. Təmizləmə prosesi nəticəsində su bütün texniki göstəriciləri üzrə suvarma məqsədləri üçün yararlı vəziyyətə gətiriləcək və texniki su kimi istifadə oluna biləcək" Şuşa işğaldan azad edildikdən bir neçə gün sonra su ilə təmin olunub O qeyd edib ki, Şuşa şəhərinin işğaldan azad edilməsindən dərhal sonra su təchizatının bərpası istiqamətində işlərə başlanılıb "Şuşa şəhəri işğaldan azad ediləndən sonra ilk dəfə 2020-ci il noyabrın 12-də şəhəri su ilə təmin etmək üçün əraziyə ezam olunduq. Şuşaya gələn magistral su xətti dağıdılıb. Təxminən 25 nöqtədə yararsız vəziyyətə düşmüş magistral xətt təmir edilərək bərpa edilib", - Adıgözəlov bildirib Onun sözlərinə görə, növbəti mərhələdə şəhərdə yerləşən 1 saylı sutəmizləyici qurğular kompleksi və anbar sahəsi də bərpa edilib “Görülən işlər nəticəsində 19-20 noyabr 2020-ci il tarixlərində ilkin mərhələdə Şuşa şəhərinə suyun verilməsi təmin edilib Daha sonra şəhərdə yeni sutəmizləyici qurğular kompleksinin tikintisi aparılıb və 2024-cü il iyulun 5-də Prezident İlham Əliyevin iştirakı ilə kompleks istifadəyə verilib Hazırda Şuşa şəhəri 24 saat fasiləsiz, dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunur”, - deyə o, aydınlaşdırıb Sovet dövründən qalan köhnə sistemlər yenilənir Adıgözəlov Qarabağda işğaldan əvvəl mövcud olan su təsərrüfatı infrastrukturunun əhəmiyyətli hissəsinin sovet dövründən qalma köhnə sistemlər olduğunu və əksəriyyətinin işlək vəziyyətdə olmadığını vurğulayıb “Hazırda bu sistemlər ya tamamilə yenidən qurulur, ya da əsaslı təmir və bərpa işləri aparılır Quraqlıq və su çatışmazlığı risklərinə qarşı mübarizə məqsədilə işğaldan azad edilmiş ərazilərdə su anbarlarının yenidən qurulması və yeni su ehtiyatlarının yaradılması işləri davam etdirilir Laçın rayonunda yeni su anbarlarının layihələndirilməsi və tikintisi nəzərdə tutulur. Qubadlı rayonunda Bərgüşad su anbarının tikintisi nəzərdə tutulur Bunlar layihələrin gələcəkdə su ehtiyatlarından daha səmərəli istifadəyə və regionun su təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcəyi gözlənilir”, - deyə o qeyd edib Turizm və qəsəbə planları su layihələrinin əsasını təşkil edir Qurum rəsmisi izah edib ki, Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bütün su təsərrüfatı layihələri şəhərlərin inkişaf perspektivləri nəzərə alınmaqla hazırlanır “Layihə tərtib edilərkən gələcək əhalinin sayı, turizm potensialı, sənaye və xidmət obyektlərinin yerləşməsi kimi amillər nəzərə alınır. Tikinti işləri bu proqnozlara uyğun aparılır”, - deyə o əlavə edib


