Azərbaycan işğaldan azad edilmiş ərazilərdə çoxlu yeni su anbarları tikməyə hazırlaşır
BAKI, Azərbaycan, 19 may. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha doqquz su anbarı tikiləcək. Trend-in məlumatına görə, bunu WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində dinc iqlimlə bağlı tədbirdə deyib Onun sözlərinə

BAKI, Azərbaycan, 19 may. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində daha doqquz su anbarı tikiləcək. Trend-in məlumatına görə, bunu WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində dinc iqlimlə bağlı tədbirdə deyib Onun sözlərinə görə, tikinti-abadlıq işlərinin gələcək planlara uyğun aparılması üçün işğaldan azad edilmiş ərazilərin baş planları təsdiq edilib "Səkkiz şəhərin baş planı təsdiq edilib, 4 şəhərin baş planının hazırlanması davam edir. Ümumilikdə 10 min hektardan çox şəhər ərazisi bu planlarla əhatə olunub. Hər bir baş plan 20 illik inkişaf mərhələsi nəzərə alınmaqla hazırlanıb Ümumi sahəsi 13600 kvadrat kilometr olan bölgə üçün təxminən 1,1 milyon insanın geri qayıtması planlaşdırılır. Baş planlar həmçinin nəqliyyat infrastrukturu və logistika şəbəkələrini əhatə edir. Bu çərçivədə 3800 kilometrdən çox yol layihəsi, 68 avtomobil marşrutu, 48 tunel, yeni dəmir yolu xətləri tikilir. 150 kilometrdən çox yeni dəmir yolu xəttinin çəkilməsi planlaşdırılır”, - deyə o əlavə edib Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir


