Azərbaycan və Serbiya qaz sazişinin uzadılması ilə enerji əlaqələrini möhkəmləndirir (FOTO)
BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı saziş 2026-cı ilin sonuna qədər uzadılıb və hazırda tədarüklər davam edir, Trend -in ölkənin Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə Aprelin 8-də Azərbaycanın maliyyə naziri, Azərbaycan ilə Serbiya arasında ticar

BAKI, Azərbaycan, 8 aprel. Azərbaycan qazının Serbiyaya tədarükü ilə bağlı saziş 2026-cı ilin sonuna qədər uzadılıb və hazırda tədarüklər davam edir, Trend -in ölkənin Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə Aprelin 8-də Azərbaycanın maliyyə naziri, Azərbaycan ilə Serbiya arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Sahil Babayev ölkəmizdə səfərdə olan Serbiyanın mədən və energetika naziri Dubravka Çedoviç Handanoviçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın, o cümlədən enerji sektorunda mövcud vəziyyəti və perspektivlərini müzakirə ediblər Nazir Babayev ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayaraq əməkdaşlığın möhkəm müqavilə-hüquq bazası və yüksək səviyyəli siyasi dialoq əsasında uğurla inkişaf etdiyini bildirib. Çoxsaylı sazişlərin, eləcə də Hökumətlərarası Komissiyanın və Strateji Tərəfdaşlıq Şurasının fəaliyyətinin əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yaratdığı vurğulandı Enerji sahəsində əməkdaşlığın əsas istiqamətlərinə toxunan nazir qeyd edib ki, Azərbaycan qazının 2023-cü ildən Bolqarıstan-Serbiya interkonnektoru vasitəsilə Serbiyaya nəqli tərəfdaşlığın mühüm nailiyyətlərindən birinə çevrilib. Müvafiq sazişin müddətinin 2026-cı ilin sonuna qədər uzadıldığı, qazın tədarükü davam etdirildiyi vurğulanıb Çedoviç Handanoviç öz növbəsində iki ölkə arasında enerji sektorunda səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, 2026-cı ilin fevralında imzalanmış və Serbiyada qazla işləyən elektrik stansiyasının tikintisini nəzərdə tutan saziş regional enerji təhlükəsizliyinin artırılmasına mühüm töhfə verəcək Görüşdə həmçinin neft və neft məhsulları, elektrik enerjisi, o cümlədən yaşıl və bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığın genişləndirilməsinə dair geniş fikir mübadiləsi aparılıb Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun


