Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan BTİ Şurasının üzvlüyünə namizədliyini irəli sürür (FOTO)

BAKI, Azərbaycan, 29 aprel. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, Şuranın İsveçrənin Cenevrə şəhərində keçirilən iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyi və Radio Tənzimləmə Komitəsinə üzv

0 baxıştrend.az
Azərbaycan BTİ Şurasının üzvlüyünə namizədliyini irəli sürür (FOTO)
Paylaş:

BAKI, Azərbaycan, 29 aprel. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindəki mənbədən Trend-ə verilən məlumata görə, Şuranın İsveçrənin Cenevrə şəhərində keçirilən iclasında Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyi və Radio Tənzimləmə Komitəsinə üzv olmaq üçün "Azərkosmos"un nümayəndəsinin namizədliyi təqdim olunub Tədbirdə Azərbaycanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir İclasda Bakıda keçirilən Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransının (WTDC-25) hesabatı, bu il keçiriləcək BTİ Səlahiyyətli Konfransına, o cümlədən 2027-ci ildə keçirilməsi nəzərdə tutulan Ümumdünya Radiorabitə Konfransına və Radiorabitə Assambleyasına hazırlıq müzakirə edilib. Strateji və Maliyyə Planı və digər məsələlər də diqqət mərkəzində olub Şura iclası çərçivəsində O. Əsədov BTİ-nin baş katibi Dorin Boqdan-Martin ilə görüşüb. Görüşdə Azərbaycanda rəqəmsal inkişaf istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib və mövcud əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib Nazir müavini həmçinin Türkiyənin nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayan, Qazaxıstanın süni intellekt və rəqəmsal inkişaf nazirinin müavini Dosjan Musaliyev, Çinin sənaye və informasiya texnologiyaları nazirinin müavini Xiong Jijun ilə ikitərəfli görüşlər keçirib Bu görüşlər Azərbaycanın rəqəmsal inkişaf sahəsində mövqeyinin beynəlxalq səviyyədə təqdim olunması, süni intellekt və innovasiya sahələrində təcrübə mübadiləsinin genişləndirilməsi, o cümlədən yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edib BTİ Şurasının iclasından əvvəl keçirilən nazirlərin qeyri-rəsmi görüşündə üzv dövlətlərin yeni texnologiyalardan istifadə imkanları, özəl sektorun iştirakının artırılması, maliyyələşdirmə modelinin təkmilləşdirilməsi, BMT ilə əməkdaşlığın yenilənməsi və digər məsələlər müzakirə edilib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler