Azərbaycanda yanacağa tələbat və vəzifələr nəzərdən keçirilir SOCAR (FOTO)
BAKI, Azərbaycan, 7 aprel. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş Nazir Əli Əsədovun sədrliyi ilə "Azərbaycan İnvestisiya Holdinq"in (AİH) İqtisadi Şurasının və Müşahidə Şurasının birgə iclasında neft məhsullarına daxili tələbat müzakirə edilib və Azərbaycan Dövlət Neft Şirkətinə (

BAKI, Azərbaycan, 7 aprel. Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, Baş Nazir Əli Əsədovun sədrliyi ilə "Azərbaycan İnvestisiya Holdinq"in (AİH) İqtisadi Şurasının və Müşahidə Şurasının birgə iclasında neft məhsullarına daxili tələbat müzakirə edilib və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) tapşırıqlar verilib İclasın gündəliyinə Azərbaycanda neft, qaz və neft-kimya sənayesinin strateji inkişafı, o cümlədən neft emalı və neft-kimya ilə bağlı strateji hədəflər, gələcək inkişaf perspektivləri, uzunmüddətli neft məhsullarına daxili tələbatın davamlı təminatı və digər cari məsələlərlə bağlı ətraflı müzakirələr aparılıb SOCAR-ın prezidenti Rövşən Nəcəf gündəliklə bağlı təqdimatla çıxış edib İclasda AİH-nin İqtisadi Şurasının və Müşahidə Şurasının üzvləri, həmçinin dəvət olunmuş qonaqlar, o cümlədən AİH-nin Direktorlar Şurasının sədri və Baş İcraçı Direktoru iştirak edib İclasın sonunda müvafiq qərarlar qəbul edilib, AİH-nin, SOCAR-ın Direktorlar Şurasına və aidiyyəti qurumlara tapşırıqlar verilib


