Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycanın 2026-cı ilin iyun ayına kimi strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb

BAKI, Azərbaycan, 9 iyun. Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il iyunun 1-nə 88,4 milyard dollara çatıb. Trend -in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Sahil Babayev "2025-ci il dövlət büdcəsi

0 baxıştrend.az
Azərbaycanın 2026-cı ilin iyun ayına kimi strateji valyuta ehtiyatlarının həcmi açıqlanıb
Paylaş:

BAKI, Azərbaycan, 9 iyun. Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı il iyunun 1-nə 88,4 milyard dollara çatıb. Trend -in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Sahil Babayev "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib Nazir onu da vurğulayıb ki, Azərbaycan dünyada dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti ən aşağı olan ölkələr sırasındadır "Bu gün dövlət borcu 24,1 milyard manat (14,2 milyard dollar) və ya proqnozlaşdırılan illik ÜDM-in 18,4 faizini təşkil edir. 2025-ci ilin sonuna dövlət borcu 26 milyard manat (15,3 milyard dollar) və ya illik ÜDM-in 20,1 faizini təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 1,6 faiz bəndi azdır25 İlin sonuna borc portfelimiz 17,8 milyard manat (10,5 milyard dollar) daxili dövlət borcundan və 8,2 milyard manat (4,8 milyard dollar) xarici dövlət borcundan ibarət olub. Bu dövrdə dövlət borcunun məzənnə və xarici bazar risklərinə həssaslığı azalmışdır. İstiqrazlarımızın orta ödəmə müddəti il ərzində 2,2 dəfə artıb”, - deyə o əlavə edib

Kaynak: trend.az

Diğer Haberler