Tenqri
Ana Səhifə
Dünya

Azərbaycanda son onilliklərdə ölkə üzrə temperatur anomaliyasının dəyəri aşkarlanıb

BAKI, Azərbaycan, 6 may. Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə olub. Trend -in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişafı Forumunda deyib Onun sözlərinə görə, iqlim dəyişikliyi Azərbaycan üçün də aktual

0 baxıştrend.az
Azərbaycanda son onilliklərdə ölkə üzrə temperatur anomaliyasının dəyəri aşkarlanıb
Paylaş:

BAKI, Azərbaycan, 6 may. Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1,1 dərəcə olub. Trend -in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişafı Forumunda deyib Onun sözlərinə görə, iqlim dəyişikliyi Azərbaycan üçün də aktualdır O, qeyd edib ki, 2025-ci ildə orta temperatur 14,3 dərəcəyə çatıb. Bu, əvvəlki dövrlərlə müqayisədə 1,6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur 2021-ci ildə 16,2 dərəcə olub. İstilik dalğaları da daha tez-tez baş verir və daha uzun müddət davam edir. Son illər Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda 5 istilik dalğası qeydə alınıb. 2025-ci ildə ən uzun isti dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edib Daşqın hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-ci ildə artıq 36, 2025-ci ildə isə 33 daşqın hadisəsi olub. Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik. Biz bu dəyişiklikləri yaşayırıq. 2026-cı ilin ilk ayları bu tendensiyanı təsdiqləyir”, - deyə rəsmi izah edib O, bir neçə ay ərzində bəzi rayonlarda illik yağıntının yarısının qeydə alındığını vurğulayıb. Aprel ayında bəzi rayonlarda yağıntı normadan 1,5-3,5 dəfə, Bakıda isə 5 dəfə çox olub Babayev qeyd edib ki, Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qarşısına konkret məqsədlər qoyub "Yenilənmiş Üçüncü Milli Müəyyən Töhfə sənədinə əsasən, 1990-cı illə müqayisədə 2035-ci ilə qədər emissiyaları 40% azaltmağı öhdəmizə götürmüşük. Eyni zamanda, uzunmüddətli aşağı karbonlu inkişaf strategiyası hazırlanır. Ölkəmiz qlobal metan girov təşəbbüsünə qoşulur və 2030-cu ilə qədər metan emissiyalarının azaldılması üzrə qlobal səyləri dəstəklədiyini bəyan edib. Bu məqsədlərə nail olmaq üçün bütün sektorlar üzrə dekarbonizasiya tədbirləri dövlət qanunvericilik sənədlərinə inteqrasiya edilməlidir Azərbaycan Prezidentinin müəyyən etdiyi strateji prioritetlərə və qəbul olunmuş dövlət proqramlarına uyğun olaraq aqrar sahədə mühüm islahatlar həyata keçirilir. Resurslardan daha səmərəli istifadə, iqlimə davamlı yanaşmaların tətbiqi, müasir əkinçilik və heyvandarlıq komplekslərinin formalaşdırılması atılan mühüm addımlardandır”, - deyə rəsmi əlavə edib Trend İnformasiya Agentliyinin WhatsApp kanalında daha çox xəbərlərdən xəbərdar olun

Kaynak: trend.az

Diğer Haberler