Azərbaycan Kosta-Rika Prezidentinin andiçmə mərasimində təmsil olunub
BAKI, Azərbaycan, 11 may. Kosta Rikanın yeni seçilmiş prezidenti Laura Fernandezin inaqurasiya mərasimi ölkənin paytaxtı San Xosedə keçirilib Tədbirdə 100-ə yaxın ölkədən nümayəndə heyətləri, o cümlədən Azərbaycanın Kosta Rikadakı səfiri Seymur Fətəliyev iştirak edib Açılış mərasimi ölkənin Mill

BAKI, Azərbaycan, 11 may. Kosta Rikanın yeni seçilmiş prezidenti Laura Fernandezin inaqurasiya mərasimi ölkənin paytaxtı San Xosedə keçirilib Tədbirdə 100-ə yaxın ölkədən nümayəndə heyətləri, o cümlədən Azərbaycanın Kosta Rikadakı səfiri Seymur Fətəliyev iştirak edib Açılış mərasimi ölkənin Milli Stadionunda keçirilib. Prezident Laura Fernandes and içərək hökumətin yeni üzvlərini ictimaiyyətə təqdim edib İnauqurasiya mərasimindən sonra Fernandes nümayəndə heyətlərinin rəhbərləri ilə qısa danışıqlar aparıb. Səfir Seymur Fətəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Kosta-Rika Prezidentinə səmimi təbriklərini və xoş arzularını çatdırıb. O, təbrikə görə minnətdarlığını bildirib və öz növbəsində onun səmimi salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib


