Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan zərgərlik məmulatlarının ixracında əhəmiyyətli artım qeydə alıb - AZPROMO

BAKI, Azərbaycan, 4 iyun. Bu ilin birinci rübündə Azərbaycanın zərgərlik məmulatlarının ixracı 47% artıb. Trend-in məlumatına görə, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan Zərgərlik Şousunun açılış mərasimində deyib On

0 baxıştrend.az
Azərbaycan zərgərlik məmulatlarının ixracında əhəmiyyətli artım qeydə alıb - AZPROMO
Paylaş:

BAKI, Azərbaycan, 4 iyun. Bu ilin birinci rübündə Azərbaycanın zərgərlik məmulatlarının ixracı 47% artıb. Trend-in məlumatına görə, bunu İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı Azərbaycan Zərgərlik Şousunun açılış mərasimində deyib Onun sözlərinə görə, zərgərlik sənayesi Azərbaycan iqtisadiyyatı və ixracı üçün böyük əhəmiyyət kəsb edir "Zərgərlik sektoru istehsalımıza və ixracımıza əlavə dəyər gətirdiyi üçün bu sahənin dəstəklənməsi bizim üçün çox vacibdir. Bu ilin birinci rübündə Azərbaycanın zərgərlik məmulatlarının ixracı əhəmiyyətli dərəcədə artıb. Artım 47% təşkil edib. Bu göstərici iqtisadiyyatımız üçün son dərəcə vacibdir", - o qeyd edib A.Hacılı vurğulayıb ki, “Azərbaycan Zərgərlik Şousu” sərgisi Azərbaycan zərgərlik sənətinin ölkə mədəniyyətinin və adət-ənənələrinin bir hissəsi kimi təbliği baxımından xüsusi əhəmiyyət kəsb edir O əlavə edib ki, açılış mərasimindən sonra qonaqlar üçün sərgiyə ekskursiya təşkil olunacaq və iştirakçılar Azərbaycanın zərgərlik sənayesi ilə yaxından tanış olmaq imkanı verəcək AZPROMO rəsmisi tədbirdə iştirak edən türkiyəli tərəfdaşlara da təşəkkürünü bildirib "Bu, ilk zərgərlik sərgisidir. Qarşıdakı illərdə sərgini daha da genişləndirməyi planlaşdırırıq. İnanırıq ki, sərgidə daha çox beynəlxalq qonaq və şirkət iştirak edəcək. Fürsətdən istifadə edərək şirkətlərinizi gələcək sərgilərdə iştiraka dəvət edirəm", - Tural Hacılı əlavə edib Beynəlxalq formatda təşkil edilən Azərbaycan Jewelry Show sərgisində Azərbaycan və Türkiyədən zərgərlik sektorunda fəaliyyət göstərən şirkətlər iştirak edir Sərgidə qiymətli daşlardan, qızıldan və gümüşdən hazırlanmış zərgərlik məmulatları, külçə və sikkələr, bijuteriya məmulatları, zərgərlik məmulatlarının qablaşdırılması, o cümlədən zərgərlik sənayesi üçün avadanlıq və ləvazimatlar nümayiş etdirilir

Kaynak: trend.az

Diğer Haberler