Azərbaycan minifutbol üzrə Avropa çempionatında finala yüksəlib
BAKI, Azərbaycan, 4 iyun. Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib Azərbaycan yarımfinalda Serbiya ilə qarşılaşıb. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 12-ci dəqiqədə Xətayi Bağırov açıb. Qalib pena

BAKI, Azərbaycan, 4 iyun. Minifutbol üzrə Azərbaycan milli komandası Slovakiyanın Bratislava şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib Azərbaycan yarımfinalda Serbiya ilə qarşılaşıb. Əsas vaxt 1:1 hesablı heç-heçə ilə başa çatıb. Hesabı 12-ci dəqiqədə Xətayi Bağırov açıb. Qalib penaltilər seriyasında müəyyənləşdi, burada azərbaycanlı futbolçular 3-1 hesabı ilə qalib gəldilər Elvin Əlizadə, Təmkin Xəlilzadə və Ramiz Çovdarov penalti zərbələrini uğurla yerinə yetiriblər Azərbaycan Avropa çempionatının finalında digər yarımfinalda Macarıstanı 5:1 hesabı ilə inamlı məğlub edən Ukrayna ilə qarşılaşacaq Azərbaycan komandası həlledici oyuna gedən yolda Avstriya (1-0), İtaliya (3-0), Fransa (3-2), Qazaxıstan (3-2) və Çexiya (5-2) komandalarını da məğlub edib


