Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan 2021-ci ildən tranzit axınının sabitliyini təmin etmək üçün ardıcıl siyasət aparır - nazir

BAKI, Azərbaycan, 19 may. Azərbaycan 2021-ci ildən tranzit axınlarının ondan yan keçməməsi üçün ardıcıl siyasət həyata keçirir. Trend -in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində "Şəhərlər əlaqənin mərkəzində: Şəhərlərin yenidən qurulması və

0 baxıştrend.az
Azərbaycan 2021-ci ildən tranzit axınının sabitliyini təmin etmək üçün ardıcıl siyasət aparır - nazir
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Azərbaycan 2021-ci ildən tranzit axınlarının ondan yan keçməməsi üçün ardıcıl siyasət həyata keçirir. Trend -in məlumatına görə, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda WUF13 çərçivəsində "Şəhərlər əlaqənin mərkəzində: Şəhərlərin yenidən qurulması və regional əməkdaşlıq" adlı tədbirdə deyib "Bu gün inşa etdiyimiz metro və yol infrastrukturu təkcə cari ehtiyaclara cavab deyil, həm də gələcəyimizi necə formalaşdırmaqla bağlı edilən seçimlərdir" dedi Nazir vurğuladı ki, gələcəyin formalaşdırılması təkcə cəmiyyətləri deyil, həm də təfəkkürləri, idarəetmə modellərini və iqtisadi fəaliyyətin necə qurulacağını əhatə edir “Ölkəmiz 2021-ci ildən tranzit axınlarının bizdən yan keçməməsi üçün ardıcıl siyasət həyata keçirib və nəticədə tranzit dövriyyəsində təxminən iki dəfə artım müşahidə olunub Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler

Azerbaijan pursues consistent policy to ensure steady transit flows since 2021 - minister | Tenqri