Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan 2027-ci ildə Xankəndi dəmir yolu stansiyasının açılışını planlaşdırır

BAKI, Azərbaycan, 19 may. Xankəndində dəmir yolu vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Trend -in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov deyib O, bu barədə Bakıda keçirilən WUF13-ün 13-cü se

0 baxıştrend.az
Azərbaycan 2027-ci ildə Xankəndi dəmir yolu stansiyasının açılışını planlaşdırır
Paylaş:

BAKI, Azərbaycan, 19 may. Xankəndində dəmir yolu vağzalının 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Trend -in məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəsi Elçin Yusubov deyib O, bu barədə Bakıda keçirilən WUF13-ün 13-cü sessiyası çərçivəsində “Münaqişədən sonrakı şəhər inkişafı: məhv edilmiş şəxsiyyətin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə bildirib "Bu günə qədər dəmir yolunda layihələndirmə işlərinin 90 faizi, tikinti işlərinin isə 50 faizi başa çatıb. Tikintinin başa çatdırılması və stansiyanın gələn il istifadəyə verilməsi planlaşdırılır", - o vurğulayıb Bakıda Ümumdünya Şəhər Forumunun (WUF13) 13-cü sessiyasının üçüncü günü davam edir Birinci gün Yeni Şəhər Gündəliyinə həsr olunmuş nazirlər görüşü, nazirlərin dəyirmi masası, qadın və vətəndaş cəmiyyəti assambleyaları, işgüzar sessiyalar və şəhərin rifahı ilə bağlı müzakirələr keçirilib. Forum çərçivəsində Birləşmiş Millətlər Təşkilatının və Azərbaycanın bayraqlarının qaldırılması mərasimi də olub Forumun ikinci günü tarixdə ilk dəfə keçirilən Liderlər Zirvəsi ilə diqqət çəkib. Həmin gün qlobal mənzil böhranı, urbanizasiya siyasəti və şəhərin davamlılığı ilə bağlı yüksək səviyyəli müzakirələr aparılıb. Eyni zamanda WUF13 çərçivəsində Mexiko pavilyonunun açılışı olub. Pavilyon Latın Amerikası regionu ilə əməkdaşlığın genişləndirilməsi və WUF14-ə hazırlıq üçün mühüm platforma kimi təqdim edilib 182 ölkədən 40 000-dən çox qeydiyyatdan keçmiş iştirakçını cəlb edən WUF13 mayın 22-dək davam edəcək. “Dünyada mənzil: Təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusu altında keçirilən forum davamlı şəhər inkişafı sahəsində qlobal əməkdaşlığı gücləndirmək üçün hökumətləri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirir

Kaynak: trend.az

Diğer Haberler