Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsi üzrə danışıqları davam etdirir

BAKI, Azərbaycan, 8 iyun. Azərbaycan və Pakistan şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, Trend in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki Müzakirə AZPROMO-da Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş zamanı apa

0 baxıştrend.az
Azərbaycan və Pakistan iqtisadi əməkdaşlığın gücləndirilməsi üzrə danışıqları davam etdirir
Paylaş:

BAKI, Azərbaycan, 8 iyun. Azərbaycan və Pakistan şirkətləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib, Trend in İxracın və İnvestisiyaların Təşviqi Agentliyinə (AZPROMO) istinadən xəbər verir ki Müzakirə AZPROMO-da Azərbaycanda səfərdə olan Pakistan nümayəndə heyəti ilə görüş zamanı aparılıb. İclasda Azərbaycanın investisiya mühiti, iqtisadi zonalarda inkişaf etdirilən infrastruktur, investorlar üçün stimullar, Agentliyin fəaliyyəti barədə məlumat verilib Tərəflər sənaye infrastrukturu, toxuculuq və tikiş sənayesi, pərakəndə ticarət, qida sənayesi, tibbi texnologiyalar, tibbi turizm və daşınmaz əmlak sahəsində potensial tərəfdaşlıq sahələrini qiymətləndirib və məlumat mübadiləsinə dair razılığa gəliblər. Pakistan tərəfi də bu ilin sentyabrında Bakıda keçirilməsi planlaşdırılan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub Bununla yanaşı, Azərbaycan ilə Pakistan arasında iqtisadi və siyasi əməkdaşlıq son illər durmadan genişlənir. İki ölkə arasında inkişaf edən strateji tərəfdaşlıq qarşılıqlı etimad və dəstəyə əsaslanan müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaradır Məsələn, bir müddət əvvəl Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Şəhər Forumu (WUF13) çərçivəsində Pakistan İslam Respublikasının Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüb Görüşdə Azərbaycan ilə Pakistan arasında mövcud strateji tərəfdaşlıq, eləcə də iki xalq arasında siyasi dialoqun yüksək səviyyədə olması və qarşılıqlı etimada əsaslanan əməkdaşlığın sabit inkişafı məmnunluqla qeyd olunub. Tərəflər Azərbaycan-Pakistan əlaqələrinin iqtisadi sahədə də böyük potensiala malik olduğunu qeyd ediblər Müzakirələr zamanı iqtisadi əməkdaşlıq potensialının tam reallaşdırılması, qarşılıqlı investisiyaların təşviqi və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər ticarət, enerji, sənaye, nəqliyyat və digər sahələrdə birgə fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayıblar Tərəflər Preferensial Ticarət Sazişinin iki ölkə arasında iqtisadi əlaqələrin və işgüzar əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını qeyd ediblər. Sazişin təsərrüfat subyektləri arasında əlaqələrin möhkəmlənməsinə, ticarət həcminin artırılmasına, yeni əməkdaşlıq sahələrinin inkişafına töhfə verdiyi vurğulanıb

Kaynak: trend.az

Diğer Haberler