Leypsiqdə keçirilən Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycan nəqliyyat prioritetlərini açıqlayıb (FOTO)
BAKI, Azərbaycan, 6 may. Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycan əsas nəqliyyat prioritetlərini açıqlayıb. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz X səhifəsində yazıb Məlumata görə, Azərbaycan nümayəndə heyəti Azərbayca
BAKI, Azərbaycan, 6 may. Almaniyanın Leypsiq şəhərində keçirilən Beynəlxalq Nəqliyyat Forumunda Azərbaycan əsas nəqliyyat prioritetlərini açıqlayıb. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev öz X səhifəsində yazıb Məlumata görə, Azərbaycan nümayəndə heyəti Azərbaycanın sədrliyi ilə keçirilən sammitin açılış mətbuat konfransında və plenar iclasında iştirak edib “Ölkəmizə sədrlik dövründə müəyyən edilmiş prioritet istiqamətlər üzrə görülən işlər barədə məlumat verdik”, - Nəbiyev deyib O qeyd edib ki, əsas diqqət nəqliyyat sistemlərinin dayanıqlığının gücləndirilməsinə yönəlib “Bu kontekstdə inklüzivlik və institusional davamlılıq prinsiplərinə davamlı olaraq riayət etməklə nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi, rəqəmsallaşma və investisiya mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində ardıcıl səylər göstərilir”, - nazir əlavə edib
