Tenqri
Ana Səhifə
İqtisadiyyat

Azərbaycan yaşıl enerjinin inteqrasiyası üçün şəbəkə infrastrukturunu xüsusilə təkmilləşdirir - Masdar

BAKI, Azərbaycan, 16 iyun. Azərbaycan yaşıl enerjinin inteqrasiyası üçün şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirib, Trend in Bakıda keçirilən İnvestisiya Baxışları Sessiyası çərçivəsində "Azərbaycanın Yaşıl Keçidinin Gücləndirilməsi: Bərpa Olunan Enerji Mənbəli İnvestisiya İmkanı k

0 baxıştrend.az
Azərbaycan yaşıl enerjinin inteqrasiyası üçün şəbəkə infrastrukturunu xüsusilə təkmilləşdirir - Masdar
Paylaş:

BAKI, Azərbaycan, 16 iyun. Azərbaycan yaşıl enerjinin inteqrasiyası üçün şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirib, Trend in Bakıda keçirilən İnvestisiya Baxışları Sessiyası çərçivəsində "Azərbaycanın Yaşıl Keçidinin Gücləndirilməsi: Bərpa Olunan Enerji Mənbəli İnvestisiya İmkanı kimi" adlı panel müzakirəsi zamanı deyib O qeyd edib ki, ölkədə formalaşan güclü institusional və siyasi dəstək, davamlı islahatlar nəticəsində Azərbaycanın bərpa olunan enerji və investisiya mühitinin cəlbediciliyi artır Onun sözlərinə görə, Azərbaycanda “yaşıl enerji” layihələrinin həyata keçirilməsi üçün əsas amillərdən biri hökumətin güclü siyasi iradəsi və bu sahəyə davamlı dəstəyidir "Azərbaycanda investisiya layihələrinin uğurunun əsas amili hökumətin göstərdiyi diqqət, öhdəlik və qətiyyətdir. Təbii ki, bunun üçün resurslar, qanunvericilik bazası, yerli imkanlar da önəmlidir, lakin əsas məsələ dövlətin bu prosesə sadiqliyidir" Sadıxov qeyd edib ki, Azərbaycanın 2018-ci ildən bərpa olunan enerjiyə keçid strategiyası ölkənin enerji sektorunda yeni mərhələnin başlanğıcı olub Onun sözlərinə görə, bu dövrdə ölkənin ənənəvi enerji sektorunda böyük təcrübəsi olsa da, yaşıl enerjiyə keçid ciddi institusional və texniki düzəlişlər tələb edirdi "İlkin mərhələdə həm hökumət, həm də investorlar qanunvericilik və normativ bazaya bir sıra düzəlişlər etməli olublar. Daha sonra investisiya təşviqi sənədləri, vergi qanunvericiliyində dəyişikliklər, bərpa olunan enerji ilə bağlı xüsusi qanunvericilik bazası formalaşdırılıb", - o qeyd edib Masdar nümayəndəsinin sözlərinə görə, investisiya mühitinin sabit və şəffaf olmasında “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanunun qəbulu mühüm rol oynayıb O əlavə edib ki, şəbəkə infrastrukturu da enerji keçidinin uğurlu olması üçün əsas şərtlərdən biridir "Bərpa olunan enerji təkcə istehsalla məhdudlaşmır. Onun effektiv inteqrasiyası üçün güclü və balanslaşdırılmış şəbəkə sistemi lazımdır. Azərbaycan bu sahəyə ciddi investisiyalar yönəldib və şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə modernləşdirib", - Sadıxov bildirib Onun sözlərinə görə, investisiya mühitinin mühüm amillərindən biri maliyyə sabitliyidir. O qeyd edib ki, Azərbaycanda uzun illər ərzində sabit iqtisadi mühit və investorlar üçün proqnozlaşdırıla bilən qaydalar formalaşıb "Hökumət investorları aydın və şəffaf qaydalarla təmin edir, investisiyaların qorunması, dividendlərin və gəlirlərin sərbəst şəkildə repatriasiyasını təmin edir. Bu, Azərbaycanı investisiyalar üçün unikal və cəlbedici məkana çevirir", - o vurğulayıb Sadıxov əlavə edib ki, bir neçə il əvvəl Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanı 2050-ci ilə qədər ən cəlbedici 50 investisiya istiqamətindən biri kimi qiymətləndirib O, həmçinin qeyd edib ki, ölkədə enerji sektorunda formalaşan insan kapitalı və təcrübə bərpa olunan enerjiyə keçidi asanlaşdırır "Bütün bu proseslərin əsasında hökumətin güclü öhdəliyi dayanır və biz bunu Azərbaycanda aydın şəkildə görürük", - Masdar rəsmisi bildirib

Kaynak: trend.az

Diğer Haberler