Azərbaycan dövlət aktivlərinin idarə edilməsinin yeni vahid reyestrlə rəqəmsallaşdırılmasına keçir
BAKI, Azərbaycan, 9 iyun. Azərbaycanda dövlət aktivlərinin vahid reyestri yaradılacaq. Trend -in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Sahil Babayev "Azərbaycanın 2025-ci il dövlət büdcəsinin icrası haqqında

BAKI, Azərbaycan, 9 iyun. Azərbaycanda dövlət aktivlərinin vahid reyestri yaradılacaq. Trend -in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında maliyyə naziri Sahil Babayev "Azərbaycanın 2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib Onun sözlərinə görə, dövlət xidmətlərinin elektronlaşdırılması istiqamətində də ciddi addımlar atılır ''Elektron müqavilə sistemi artıq istifadəyə verilib. Son aylarda bağlanmış bütün dövlət satınalma müqavilələri elektron qaydada rəsmiləşdirilir”, - deyə Babayev əlavə edib Nazir qeyd edib ki, bu sistem tam formalaşan kimi dövlət əmlakı, nəqliyyat vasitələri, inventar və digər dövlət əmlakının vahid reyestri yaradılacaq. Eyni zamanda, dövlət aktivlərinin balans dəyəri və amortizasiya göstəriciləri üzrə vahid məlumat bazası formalaşdırılacaq “Bu, büdcənin cari texniki və əməliyyat xərclərinin daha dəqiq və avtomatlaşdırılmış şəkildə planlaşdırılmasına imkan verəcək Məqsədimiz ondan ibarətdir ki, gələcəkdə büdcənin təxminən 60-70 faizi avtomatlaşdırılmış mexanizmlər əsasında formalaşsın. Lazımi məlumat bazaları və elektron sistemlər tam hazır olduqdan sonra bu istiqamətdə addımlar daha da sürətləndiriləcək”, - deyə o bildirib Babayev əlavə edib ki, elektron xəzinədarlıq və elektron müqavilə sistemləri də debitor borclarının və digər maliyyə risklərinin qarşısının alınmasında mühüm rol oynayır “Bu sistemlər geniş şəkildə tətbiq olunduqca təminatsız öhdəliklərin və nəzarətsiz borcların yaranma ehtimalı əhəmiyyətli dərəcədə azalacaq Dövlət müəssisələrinin elektron maliyyə hesabatları və audit mexanizmləri də dövlət maliyyəsinin idarə edilməsinə daha sistemli və operativ nəzarət etməyə imkan verəcək”, - deyə o qeyd edib Nazir icra prosesində də müəyyən çətinliklərin yarandığını vurğulayıb Çünki bəzi layihələrin prosedur baxımından vaxtında və keyfiyyətli icrası xeyli vaxt tələb edir”, - deyə o əlavə edib


